Mədəniyyət

İlkin Həsəni qızının çətin günündən foto paylaşdı

18 Mart 2019 10:04

Bu gün aparıcı və aktyor İlkin Həsənin qızı Alisanın bir yaşı tamam olur. Aparıcı bu münasibətlə sosial media hesabında paylaşım edərək, hisslərini dilə gətirib:

Muğam Mərkəzində beynelxalq konfrans 

18 Mart 2019 10:00

Beynəlxalq Muğam Mərkəzində “Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” mövzusunda dəyirmi masa keçirilib. Olaylar.az bildirir ki, tədbir Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Avstriyanın ölkəmizdəki səfirliyi, həmçinin Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb.

“Milli geyimlər və folklor” adlı virtual görüş

15 Mart 2019 15:10

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Ukrayna Milli Uşaq Kitabxanası arasında “Sərhəd bilməyən incəsənət” layihəsi çərçivəsində “Milli geyimlər və folklor” adlı virtual görüş keçirilib. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi Kitabxanasında reallaşıb.

"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda "Mən Bəşəriyyətə Gərəyəm!" 

15 Mart 2019 15:09

Bakı şəhər 3 nömrəli Uşaq İncəsənət Məktəbi tərəfindən "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda dahi mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə şairin yaradıcılığına həsr olunmuş "Mən Bəşəriyyətə Gərəyəm!" adlı tədbir keçirilmişdir.

“Kreml baleti” teatrının quruluşunda “Min bir gecə” baleti  nümayiş ediləcək

15 Mart 2019 14:13

Aprelin 11-də və 12-də Heydər Əliyev Sarayında Rusiyanın məşhur “Kreml baleti” teatrının quruluşunda “Min bir gecə” baleti nümayiş ediləcək. Olaylar.az bildirir ki, Azərbaycan və Rusiyanın Mədəniyyət nazirliklərinin, Rusiyanın ölkəmizdəki səfirliyinin birgə təşkilati dəstəyi ilə səhnələşdirilən baletin musiqisi dahi bəstəkar, SSRİ-nin Xalq artisti Fikrət Əmirova, səhnə tərtibatı dünyaca məşhur görkəmli rəssam, SSRİ-nin Xalq rəssamı Tahir Salahova məxsusdur.

Həftəsonu Musiqili Teatrda 

15 Mart 2019 13:07

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu beş tamaşa nümayiş olunacaq. Olaylar.az bildirir ki, teatr martın 15-də saat 19:00-da “Bir dəfə Bağdadda”, 16-da saat 14:00-da “O olmasın, bu olsun”, həmin gün saat 19:00-da “Qodonun intizarında”, 17-də isə saat 19:00-da “Mən dəyərəm min cavana” tamaşaları göstəriləcək.

Bədii film ssenariləri müsabiqəsi elan olunur

15 Mart 2019 12:41

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamının icrasına uyğun olaraq, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən bədii film ssenariləri müsabiqəsi elan olunur.  Olaylar.az müsabiqədə iştirak etmək istəyən şəxslər üçün şərtləri təqdim edir:

Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının növbəti Baş Assambleyası Yunanıstanda keçirilir

15 Mart 2019 12:38

Yunanıstanın Loutra Pozar şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) növbəti Baş Assambleyası keçirilir. Olaylar.az bildirir ki, iclasda Afyon (Türkiyə), Ladek Zdroj (Polşa), Istiea (Yunanıstan), Clermont-Auvergne Métropole (Fransa), Archena (İspaniya), Baden Bei Wien (Avstriya), Monchique və Luso (Portuqaliya) şəhərləri Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına bərabərhüquqlu üzv kimi qəbul olunması haqqında qərar verilmişdir.