Mədəniyyət

"Nazpəri efirdən kənarda qalıb soldu" -  Zaur

15 Mart 2019 10:46

Aparıcı Zaur Kamalın "5/5" verilişində dediyi sözlər müzakirəyə səbəb olub.  O, xalq artisti Nazpəri Dostəliyevaya söz atıb.  "Nazpəri Dostəliyeva neçə il efirdən uzaq qaldı, necə soldu gördünüz. Sonra efirə gələndən sonra qalxdı" ifadələrini işlədib. 

Mədəniyyətdə könüllülük hərəkatı

15 Mart 2019 10:35

Ölkə rəhbərliyinin təşəbbüsü və xüsusi diqqəti sayəsində respublikamızda son illərdə könüllülük fəaliyyəti sürətli inkişaf mərhələsini yaşamaqdadır.  Mədəniyyət sahəsi üzrə könüllülük fəaliyyətinin sistemli şəkildə təşkili məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ardıcıl məqsədyönlü tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Prodüser Təranə Səmədovadan xəbər var

15 Mart 2019 10:29

İki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədova barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb. Ali Məhkəmədə keçiriləcək iclası aprelin 9-na təyin edilib. Kassasiya şikayəti hakim Fərhad Kərimovun sədrliyi ilə araşdırılacaq. Prodüser barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Muğam Mərkəzində beynəlxalq elmi seminar 

15 Mart 2019 10:29

 Beynəlxalq Muğam Mərkəzində ekspertlərin və tələbələrin iştirakı ilə “Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” mövzusunda dəyirmi masa keçirikləcək. Olaylar.az bildirir ki, tədbir zamanı  Avstriyalı professor, alətşünas Tomas Şallabök, Azərbaycanın qədim musiqi alətlərinin tədqiqatçısı Məmmədəli Məmmədovun bədii rəhbərliyi və xalq artisti, professor Fəxrəddin Dadaşovun musiqi rəhbərliyi altında “Əsrlərin sədası” ansamblının qədim Şərq və Qərb musiqisinə həsr olunmuş birgə konserti keçiriləcəkdir.

Tariyel Qasımovun 80 illik yubileyi qeyd olunacaq

15 Mart 2019 10:24

Martın 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Tariel Qasımovun 80 illik yubiley gecəsi keçiriləcək. Olaylar.az bildirir ki, yubiley tədbirində aktyorun keçdiyi ömür və sənət yoluna nəzər salınacaq. Yaradıcılıq fəaliyyətinin böyük bir hissəsi Gənc Tamaşaçılar Teatrına aid olan sənətkarın bu teatr səhnəsində canlandırdığı unudulmaz qəhrəmanlardan söz açılacaq.

“Tanrıya 14 məktub” tamaşası təqdim ediləcək - Gənc Tamaşaçılar Teatrında

15 Mart 2019 10:19

Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Erik Emmanuel Şmidtin “Oskar və çəhrayı dama” əsəri əsasında hazırlanan “Tanrıya 14 məktub” tamaşasının ictimai baxışı olub. Tamaşanın premyerası isə 24 martda baş tutacaq.

Əli Əmirlinin "Varlı qadın" pyesi Osetiya səhnəsində

15 Mart 2019 10:15

Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov Şimali Osetiya - Alaniya Respublikasında yaradıcılıq səfərində olub. Olaylar.az bildirir ki, o, Vladimir Txabsayev adına Osetiya Milli Akademik Dram Teatrı səhnəsində yazıçı-dramaturq Əli Əmirlinin "Varlı qadın" pyesinə quruluş verib.

“Trubadur” operası nümayiş olunacaq

15 Mart 2019 10:10

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Trubadur” operası nümayiş olunacaq. Olaylar.az bildirir ki, Azərbaycan Opera və Balet Teatrının rəhbərliyi əsas partiyalardan biri olan Qraf di Luna partiyasını ifa etmək üçün Moskvanın “Qelikon-opera” Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Maksim Perebeynosu dəvət edib.

Akademik Musiqili Teatrda həftəsonu

14 Mart 2019 16:56

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bu həftəsonu 5 tamaşa nümayiş olunacaq. Qurumun mətbuat xidmətindən Olaylar.az -a bildirilib ki, teatr mart ayının 15-də saat 19:00-da "Bir dəfə Bağdadda” (E.Sabitoğlu, V.Kolmanovski), 16-da saat 14:00-da “O olmasın, bu olsun" (Ü.Hacıbəyli), həmin gün saat 19:00-da “Qodonun intizarında” (F.Qarayev, S.Bekket), 17-də isə saat 19:00-da “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva) əsərlərinı nümayiş etdirəcək.

Ədalət Vəliyevə 3-cü dərəcəli “Əmək” ordeni təqdim edilib

14 Mart 2019 16:07

Azərbaycan Respublikası Prezidentinin 5 mart 2019-cu il tarixli Sərəncamı ilə Ədalət Vəliyev mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 3- cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Olaylar.az bildirir ki, martın 14-də mədəniyyət naziri Əbülfəs Qarayev ordeni Ədalət Vəliyevə təqdim etdi. Nazir Ədalət Vəliyevi dövlət təltifinə layiq görülməsi və 60 illik yubileyi münasibətilə təbrik etdi. Ədalət Vəliyevin mədəniyyət sahəsində uzun illər fəaliyyət göstərdiyini, bu illər ərzində sıravi işçidən nazir müavini vəzifəsinədək yüksəldiyini deyən Əbülfəs Qarayev qeyd etdi ki, o, çalışdığı hər bir vəzifədə Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr verib, bu sahədə bilik və bacarığını, təcrübəsini əsirgəməyib. “Ədalət müəllim ölkəmizin tanınmış mədəniyyət xadimlərindən biridir.