Mədəniyyət
Mədəniyyət naziri “Günün nəbzi” televiziya proqramının qonağı olub
Martın 13-də mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan Televiziyasında “Günün nəbzi” proqramının qonağı olub. Olaylar.az bildirir ki, verilişdə matın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü, eləcə də mədəniyyət sahəsində aparılan islahatlar müzakirə olunub. Proqramda həmin görüşdə qaldırılan məsələlər, irəli sürülən təkliflər və mövcud problemlərin aradan qaldırılması istiqamətində atılan addımlardan danışılıb.
Novruz bayramında festival - “Sənətkarlıq məhəlləsi”
Martın 21-22 tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi xalqımızın ən qədim milli bayramı olan Novruz münasibətilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Sənətkarlıq məhəlləsi - 2019” adlı festival keçirəcək.
Cəfər Cabbarlının 120 illiyi müxtəlif tədbirlərlə qeyd olunacaq
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq, ssenarist Cəfər Cabbarlının (1899-1934) anadan olmasının 120 illiyi tamam olur. Cəfər Cabbarlı milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, ədəbi-mədəni, ictimai mühitdə yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib. Yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr verib. O, şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olub, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti ilə xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışıb.
Muğam Mərkəzində elmi seminar keçiriləcək
Martın 15-də saat 12:00-da Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Muğam Mərkəzinin “Dəyirmi masa”layihəsi çərçivəsində “Novruz ənənələri milli-mənəvi dəyərlərin təcəssümü kimi ” mövzusunda elmi seminar keçiriləcəkdir.
Respublika Uşaq Kitabxanası və Ukrayna Milli Uşaq Kitabxanası arasında virtual görüş keçiriləcək
Martın 14-də saat 13:00 tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Ukrayna Milli Uşaq Kitabxanası arasında “Sərhəd bilməyən incəsənət” lahiyəsi çərçivəsində “Milli geyimlər və folklor” adlı skayp vasitəsilə virtual görüş keçiriləcək. Tədbir AMEA-nın Elmi Kitabxanasının Konfrans zalında baş tutacaq.
Elza Seyidcahan Heydər Əliyev Sarayında konsert verəcək
Aprelin 28-də əməkdar artist Elza Seyidcahan 25 illik səhnə fəaliyyəti ilə əlaqədar olaraq Heydər Əliyev Sarayının səhnəsində solo konsert verəcək.
Zaur bir il keçməmiş boşandı
Aparıcı Zaur Nəbioğlu həyat yoldaşından ayrılıb. Cütluk bir müddətdir ayrı yaşayır. Hətta onlar arasında rəsmi boşanma da olub.
Bakıda “World harmony” beynəlxalq müsabiqə keçiriləcək
Aprelin 2-dən 8-dək Bakıda gənc ifaçıların “World harmony” beynəlxalq klassik və folklor musiqi müsabiqəsi keçiriləcək. Müsabiqə MDB iştirakçı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu, Azərbaycanın Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə maliyyə və təşkilati dəstəyilə reallaşacaq.
"Ərimi əlimdən alıb, 2 uşaqla..." - Müğənni Aysel Əlizadə haqqında şok idda
Akademik Musiqili Teatrda “Beş manatlıq gəlin”
Polad Bülbüloğlunun "Eşq və Ölüm" balet tamaşası nümayiş olunacaq
Martın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq artisti, professor, diplomat, tanınmış ictimai xadim Polad Bülbüloğlunun "Eşq və Ölüm" baletinin tamaşası keçiriləcəkdir. Olaylar.az bildirir ki, “Eşq və Ölüm” "Dədə Qorqud” dastanının motivləri əsasında qələmə alınmış balet tamaşasıdır. «Eşq və Ölüm» baleti həyat və ölüm, məhəbbət və nifrət, dostluq və xəyanət kimi əbədi mövzulara toxunur. Bu tamaşa ölməz məhəbbət və qəhrəmanların igidliyi qarşısında ölümün acizliyini vəsf edir.
Rusiya, Ukrayna və Azərbaycanın opera ulduzları - “Aida” tamaşasında
Martın 30-da Azərbaycan Opera və Balet Teatrında dünya opera sənətinin şah əsərlərindən biri sayılan C.Verdinin “Aida” operasının tamaşası keçiriləcəkdir. Olaylar.az bildirir ki, tamaşada Aida partiyasını Azərbaycanın Əməkdar artisti, "Humay" milli mükafatının laureatı Afaq Abbasova ifa edəcəkdir.













