Mədəniyyət

Aşıq Ulduzun qızının toyunda bəy iştirak etmədi

12 Mart 2019 10:04

Aşıq Ulduzun qızının toyunda bəy iştirak etməyib. Dünən məşhur aşıq Ulduz Sönməzin qızı Sədaqət Ulduzun toyu olub. Restoranların birində baş tutan toyda bəy iştirak etməyib. Gəlin isə ağ gəlinlik əvəzinə boz ziyafət libası geyinib.

Müğənni nişanlandı

11 Mart 2019 23:39

“Bir, iki – bizimki!” tamaşası festivalda qalib olub

11 Mart 2019 16:54

Azərbaycan Teatr Xadimləri İttifaqında “Boş məkanın dolğunluğu-2” eksperimental tamaşalar festivalının qalibi müəyyən olunub. Olaylar.az bildirir ki, akademik Milli Dram Teatrının mətbuat xidmətindən verilən məlumata görə, festivalın qalibi yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa olub.

Muğam Mərkəzində Qədim Şərq və Qərb musiqisi səslənəcək 

11 Mart 2019 14:15

Martın 16-da Avstriyanın Azərbaycandakı Səfirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə qədim Şərq və Qərb musiqisinə həsr olunmuş tədbir keçiriləcək. Olaylar.az bildirir ki, tədbir çərçivəsində saat 17:00-da ekspertlərin və tələbələrin iştirakı ilə “Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” mövzusunda dəyirmi masa keçiriləcək.

Damlanın yeni VİDEOSU YAYILDI

11 Mart 2019 13:20

Nazir Əbülfəs Qarayev Cocuq Mərcanlıda vətəndaşları qəbul etdi

11 Mart 2019 13:16

Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü martın 11-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd klubunda keçirilib. Olaylar.az bildirir ki, qəbuldan öncə mədəniyyət naziri Əbülfəs Qarayev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 2016-cı il Aprel döyüşləri şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Abidənin önünə tər çiçək dəstələri düzülüb.