Mədəniyyət
Opera və Balet Teatrının aprel repertuarı açıqlanıb
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi bu ay tamaşaçıların görüşünə maraqlı səhnə əsərləri ilə gələcək. Olaylar.az sənət ocağının aprel ayı üçün nəzərdə tutduğu repertuarını təqdim edir: 3 aprel – “Paxita” (balet), “Şopeniana”
Azərbaycan kitabı Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan ilk dəfə olaraq bu il 1-4 aprel tarixində İtaliyanın Bolonya şəhərində keçirilən, 55 illik tarixə və beynəlxalq nüfuza malik Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur. Olaylar.az bildirir ki, Bolonya sərgisində 80 ölkədən uşaq ədəbiyyatı sahəsi üzrə naşirlər, kitab evləri, kitab yayıcıları, yazarlar və digər müvafiq qurumlardan ibarət 1400-ə yaxın iştirakçı qatılmışdır, ümumilikdə sərgiyə 28 000 nəfərdən artıq ziyarətçi axını gözlənilir.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Ağstafa rayonunda
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Ağstafa rayonuna olub. Respublikamızın 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Ağstafa rayonu Heydər Əliyev adına parkda Gənclər Mərkəzinin qarşısında baş tutub.
Ramiz Mirişli yaradıcılığı “Yaradanlar və yaşadanlar” layihəsində
Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert bəstəkar, əməkdar incəsənət xadimi, Xalq artisti Ramiz Mirişlinin yaradıcılığına həsr olunmuşdu. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar tarixli Sərəncamına əsasən, 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq, 2-17 aprel tarixlərində ADMİU-da Azərbaycan bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsimiyə ithaf olunan “Hüsnü-cəmal, əqli kamal” adlı ali məktəblərarası bədii qiraət müsabiqəsi keçiriləcək.
"Gündəmdə başqa dəyərlər görmək istəyirəm" - Xanbabayeva gileyləndi
Xalq artisti Zülfiyyə Xanbabayeva son günlər gündəmdən düşməyən məsələlərə münasibət bildirib. Müğənni hazırda yayılan videolardan, xəbərlərdən gileylənib: "Gündəmə baxıram... Başqa dəyərləri görmək istəyirəm. Tanrının bizə bəxş etdiyi bu gözəl həyatın dəyərini bilənləri görmək istəyirəm.
Görkəmli bəstəkar Soltan Hacıbəyovun 100 illiyi qeyd olunacaq
Prezident İlham Əliyev aprelin 1-də görkəmli Azərbaycan bəstəkarı, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Soltan Hacıbəyovun anadan olmasının 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
“31 Mart-Tariximizin Faciəli Səhifəsi” adlı elmi məqalələr toplusu təqdim edildi
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “31 Mart-Tariximizin Faciəli Səhifəsi” adlı elmi məqalələr toplusu “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. İki fəsildən ibarət 504 səhifəlik kitabın elmi redaktoru tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova -Tohidi, işçi qrupu isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, Elmi-Mədəni Mərkəzin direktoru Cavid Kazımov, Filologiya üzrə fəlsəfə doktoru, Tədqiqatlar şöbəsinin müdiri İradə Musayeva və Tədqiqatlar şöbəsinin tarix üzrə elmi işçisi Nərmin Alıyevadır.
Azərbaycanlı rejissor vəfat etdi
Tanınmış rejissor və ssenarist Rövşən Almuradlı vəfat edib. R.Almuradlı qəfil dünyasını dəyişib. Onun xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Qeyd edək ki, bu ayın 19-da R.Almuradlının 65 yaşı tamam olacaqdı.
Əli Mirəliyevə qarşı tərbiyəsizlik: Müğənnini təpiklədilər - VİDEO
Nazirlik müsabiqə elan edir
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2-ci bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2019-cu il üçün Mədəniyyət Nazirliyi sərbəst mövzu üzrə müsabiqə elan edir.
"Amerikada öz evimin sahibi oldum" - Elariz
Bakirəliyini satışa çıxaran azərbaycanlı modeldən çılğın görüntülər - VİDEO
İçərişəhərdə Paris fotosərgisi
Aprelin 14-də İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında Maya Bağırovanın “Paris” adlı fotosərgisi açılacaq.
Səadət Şıxıyeva mühazirə deyəcək - Xalça Muzeyində
Aprelin 6-da Azərbaycan Xalça Muzeyində Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva mühazirə deyəcək.












.png)

