Mədəniyyət

İsmayıl Şıxlının 100 illiyi ilə əlaqədar tədbirlər planı 

3 Aprel 2019 10:51

Prezident İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli sərəncamı ilə bu il görkəmli nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının (1919-1995) 100 illiyi qeyd olunur.  Dövlət başçısının yazıçının 100 illiyi haqqında sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq olunub. Sənəddə ölkəmizin mədəniyyət müəssisələrində ədibin yubileyinə həsr olunan ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, kitab sərgisi və digər tədbirlərin keçirilməsi əksini tapıb.

“Qızıl balıq” tamaşası hazırlanır - Gənc Tamaşaçılar Teatrında

3 Aprel 2019 10:44

Gənc Tamaşaçılar teatrında Pərvinin “Qızıl balıq” pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıb. Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir.

“Varislər” tamaşasının məşqlərinə başlanılıb

3 Aprel 2019 10:14

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tatar dramaturqu İ.Zeyniyevin “Burqanın evi” pyesinin motivləri əsasında “Varislər” tamaşasının məşqlərinə başlanıb. Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Beynəlxalq uşaq kitab günü Gənc Tamaşaçılar Teatrında

3 Aprel 2019 10:05

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə beynəlxalq uşaq kitab gününə həsr olunmuş kitab və rəsm əsərlərindən ibarət sərgi açılıb. Olaylar.az bildirir ki, uşaq yazıçıları Zahid Xəlil, Reyhan Yusifqızı, Solmaz Amanova, Sevinc Nuruqızı, Elvira Məmmədli, uşaq ədəbiyyatı tədqiqatçısı Fizuli Əsgərlinin iştirak etdiyi tədbirdə Azərbaycan və dünya uşaq ədəbiyyatı nümunələrindən ibarət 200-dən çox kitab nümayiş olunub.

Bədii-sənədli film təqdim edildi 

3 Aprel 2019 09:52

Nizami Kino Mərkəzində “Mən səninləyəm, Ana Vətən” bədii-sənədli filmin təqdimatı keçirilib. Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə iştirakçılar əvvəlcə mərkəzin foyesində Aprel şəhidlərinə həsr olunmuş stendə baxıblar. Təqdimat mərasimdə Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Buktreylerlərin qəbulu başa çatdı

2 Aprel 2019 16:26

IV Buktreyler Festivalına buktreylerlərin qəbulu başa çatdı. Bu barədə  Bukteyler Festivalının təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli  məlumat verib: “Hal-hazırda Təşkilat Komitəsi tərəfindən buktreylerlərə baxış keçirilir və Festivalın tələblərinə uyğunluğu yoxlanılır. Bütün prosedurlar keçildikdən sonra buktreylerlər Münsiflər Heyətinə təqdim ediləcək. Hər bir iştirakçıya uğurlar arzulayıram!”

“Haydi” filmi Frankofoniya həftəsində nümayiş olunacaq

2 Aprel 2019 16:22

Aprelin 4-də “Park Cinema”da İsveçrənin məşhur “Haydi” filmi nümayiş olunacaq. Olaylar.az bildirir ki, filmin nümayişi Frankofoniya həftələri çərçivəsində İsveçrənin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşacaq. Film İsveçrə almancasında Azərbaycan və rus subtitrləri ilə təqdim ediləcək.

“START” layihəsi çərçivəsində növbəti rəsm sərgisi

2 Aprel 2019 16:10

“Arts Council Azerbaijan” təşkilatı “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün növbəti rəsm sərgisi açacaq. Olaylar.az bildirir ki, “Art Tover” rəsm qalereyasında açılacaq sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə reallaşacaq.

Sənət Mərkəzi rəsm müsabiqəsi elan edib

2 Aprel 2019 16:07

Bakı Xətai Sənət Mərkəzi “Azərbaycanım” adlı ikinci respublika uşaq rəsm müsabiqəsi elan edib. Müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Təhsil Nazirliyi Respublika 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Vaqif Mustafazadəyə həsr olunmuş konsert - Muğam Mərkəzində

2 Aprel 2019 13:26

Beynəlxalq Muğam Mərkəzində  V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin müəllim və şagird heyətinin konserti keçirilib. Olaylar.az bildirir ki, konsert Beynəlxalq Muğam Mərkəzi və  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilmişdir . Beynəlxalq Muğam Mərkəzində caz və caz-muğam konsertləri tez-tez keçirilir. Türkiyə, ABŞ, Belçika, Fransa kimi ölkələrdən gələn ifaçılar Muğam Mərkəzinin səhnəsində uğurla çıxış ediblər.

Raquf Orucov haqqında roman çap olundu -  FOTO

2 Aprel 2019 13:12

Əfsanəvi kəşfiyyatçı, Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucova həsr olunmuş “Komandir” romanı işıq üzü görüb. Aprel döyüşlərinin üçüncü ildönümü münasibəti ilə “CBC” nəşriyyatında çap olunan kitabın müəllifi Şərif Ağayardır.

Mədəniyyət Mərkəzində “Doğma diyar” adlı konsert

2 Aprel 2019 12:53

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nardaran qəsəbə Mədəniyyət Mərkəzində sevilən müğənni Cəvahir Abdulovanın “Doğma diyar” adlı konserti təqdim edilib. Olaylar.az bildirir ki, konsert zamanı Cəvahir Abdulovanın rəngarəng musiqi nömrələri ilə çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“12-ci gecə, yaxud hər nə istəsəniz” növbəti dəfə nümayiş olunacaq

2 Aprel 2019 12:51

Aprelin 4-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşalardan olan Uilyam Şekspirin “12-ci gecə, yaxud hər nə istəsəniz” əsəri əsasında hazırlanan eyniadlı tamaşa növbəti dəfə nümayiş ediləcək. Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru, rəssamı və musiqi tərtibatçısı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Ceyran Həsənli, vokal üzrə repetitoru Zeynəb Safina, video vizualizasiya rəssamları Fərid Əhmədov və Azər Süleymanovdur.