"Bəziləri mənimlə maraqlanmaqdansa, arxasına dönüb baxsın"
2 Aprel 2019 14:30 MədəniyyətSon zamanlar adı iş adamı Elçin Nəcəfovun 13 illik ailəsini dağıtmaqda ittiham müğənni Aysel Əlizadə bu haqda yeni açıqlama verib. İfaçı məsələ ilə bağlı olaraq susmağa üstünlük verdiyi bildirib: "Bu həyatda ən zövq aldığım xasiyyətim heç bir zaman özümü haqlı çıxarmağa görə şəxsiyyətimi alçaltmamağımdır.
Həzrəti Mevlana belə buyurur: "Bizi bilən onsuzda bilir, bilməyən isə özü kimi bilir". Ona görə də səbr etmək lazımdır. Susmaq qızıldırsa, danışmaq gümüş misalı... Onu da qeyd edim ki, bəziləri şəxsi həyatımla maraqlanmaqdansa, arxasına dönüb baxsın. Baxın geridə nələr-nələr var".
Aysel həmçinin sosial media hesabında etdiyi paylaşımlarında şərh bölümünü bağlı saxlamasına da aydınlıq gətirib: "Şərhləri niyə bağlayırsan dəyənlərə cavab vermək istəyirəm ki, tərbiyəsi zəif olan ailə mədəniyyəti olmayan izləyicilərin yazdıqları sözlərdən utanıb şərh bölməsini bağlayıram".
sia