Vaqif Mustafazadəyə həsr olunmuş konsert - Muğam Mərkəzində

Beynəlxalq Muğam Mərkəzində  V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin müəllim və şagird heyətinin konserti keçirilib. Olaylar.az bildirir ki, konsert Beynəlxalq Muğam Mərkəzi və  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilmişdir . Beynəlxalq Muğam Mərkəzində caz və caz-muğam konsertləri tez-tez keçirilir. Türkiyə, ABŞ, Belçika, Fransa kimi ölkələrdən gələn ifaçılar Muğam Mərkəzinin səhnəsində uğurla çıxış ediblər.

Beynəlxalq Muğam Mərkəzində  V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin müəllim və şagird heyətinin konserti keçirilib. Olaylar.az bildirir ki, konsert Beynəlxalq Muğam Mərkəzi və  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilmişdir .

Beynəlxalq Muğam Mərkəzində caz və caz-muğam konsertləri tez-tez keçirilir. Türkiyə, ABŞ, Belçika, Fransa kimi ölkələrdən gələn ifaçılar Muğam Mərkəzinin səhnəsində uğurla çıxış ediblər.

Muğam Mərkəzində keçirilən gecədə V.Mustafazadənin əsərləri, müxtəlif caz kompozisiyaları məktəbin şagird və tələbələri   Fidan Babayeva, Leyla Kərimli,  Tomris Mütəllibzadə, Oğuz Qədimli, Humay Süleymanbəyli, Dərya Hüseynova, Leyla Mehdizadə,Leyla Süleymanlı, Əminə Səfiquliyeva, Natəvan Osmanova,Teymur Süleymanbəyli,Nigar Babazadə,Ələkbər Nəzərovun  ifasında səslənib.

Gecədə cazsevərlərin sevimlisi Cavan Zeynallı çıxış edərək məşhur caz improvizasiyalarını ifa etdi.

Gecənin aparıcısı Azərbaycan Milli Konservatoriyasının müəllimi, caz şərhçisi Tofiq Həsənsoy idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31