“Varislər” tamaşasının məşqlərinə başlanılıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tatar dramaturqu İ.Zeyniyevin “Burqanın evi” pyesinin motivləri əsasında “Varislər” tamaşasının məşqlərinə başlanıb. Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tatar dramaturqu İ.Zeyniyevin "Burqanın evi" pyesinin motivləri əsasında "Varislər" tamaşasının məşqlərinə başlanıb. Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Tamaşanın tərtibatçı rəssamları Reyhan Aslanova və Əhməd Nəbiyevdir, plastik həll Ceyhun Dadaşova, musiqilərin seçimi Şamxal Novruzluya aiddir. Tamaşada əsas rolları Xalq artistləri Nübar Novruzova, Qurban İsmayılov, Əməkdar artistlər Şəfəq Əliyeva, Elşən Çarhanlı, Elnur Kərimov, Nəsibə Eldarova, İlham Əsədov, aktyorlar Manaf Dadaşov, İlqarə Tosova, Xalidə Şərifova, Gülbəniz Lətifova, Simuzər Ağakişiyeva, Yasəmən Məmmədova canlandıracaqlar.

Pyesin ilk oxunuşunda quruluşçu rejissor Bəhram Osmanov bu cür əsərlərə müraciətin mühüm olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31