Bədii-sənədli film təqdim edildi
Nizami Kino Mərkəzində “Mən səninləyəm, Ana Vətən” bədii-sənədli filmin təqdimatı keçirilib. Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə iştirakçılar əvvəlcə mərkəzin foyesində Aprel şəhidlərinə həsr olunmuş stendə baxıblar. Təqdimat mərasimdə Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
3 Aprel 2019 09:52 MədəniyyətNizami Kino Mərkəzində "Mən səninləyəm, Ana Vətən" bədii-sənədli filmin təqdimatı keçirilib.
Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə iştirakçılar əvvəlcə mərkəzin foyesində Aprel şəhidlərinə həsr olunmuş stendə baxıblar.
Təqdimat mərasimdə Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Filmin ideya müəllifi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov deyib ki, Dağlıq Qarabağda erməni qəsbkarlarına qarşı döyüşmüş, canından, qanından və sağlamlığından keçmiş insanlar bu gün cəmiyyətimizdə yüksək dəyərləndirilir. Bildirib ki, 2016-cı ildə Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb. Bu sevinci bizə yaşadan qəhrəman Vətən övladlarından biri də Aprel döyüşlərində şəhid olan manqa komandiri Əbdülməcid Axundovdur. Gənclər üçün əsl qəhrəman və vətənpərvərlik nümunəsi olan Əbdülməcid Axundovun Vətən qarşısındakı xidmətlərini daim xatırlamaq, belə oğullarla bağlı gənc nəslə daha geniş məlumat vermək lazımdır.
Sonra ekran əsərinin yaradıcı heyəti təqdim olunub.