Buktreylerlərin qəbulu başa çatdı

IV Buktreyler Festivalına buktreylerlərin qəbulu başa çatdı. Bu barədə  Bukteyler Festivalının təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli  məlumat verib: “Hal-hazırda Təşkilat Komitəsi tərəfindən buktreylerlərə baxış keçirilir və Festivalın tələblərinə uyğunluğu yoxlanılır. Bütün prosedurlar keçildikdən sonra buktreylerlər Münsiflər Heyətinə təqdim ediləcək. Hər bir iştirakçıya uğurlar arzulayıram!”

IV Buktreyler Festivalına buktreylerlərin qəbulu başa çatdı. Bu barədə  Bukteyler Festivalının təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli  məlumat verib: "Hal-hazırda Təşkilat Komitəsi tərəfindən buktreylerlərə baxış keçirilir və Festivalın tələblərinə uyğunluğu yoxlanılır. Bütün prosedurlar keçildikdən sonra buktreylerlər Münsiflər Heyətinə təqdim ediləcək. Hər bir iştirakçıya uğurlar arzulayıram!"

Olaylar.az bildirir ki, festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1.000, 800 (hərəsi) və 500 (hərəsi) AZN, "Ən yaxşı mobil buktreyler" nominasiyası üzrə isə 1.000 AZN pul mükafatları gözləyir.

Buktreyler - kitabın məzmununu vizuallaşdırmaqla onun oxucular arasında təbliğinə istiqamətlənmiş, ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya treylerdir.

"Kitabı tanıdın, kitabla tanının" sloqanlı Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Festivalın təsisçisi və direktoru kinoaktyor Ruslan Sabirlidir. Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına AzərbaycanFilm kinostudiyası, əsas tərəfdaşı isə ölkənin lider mobil operatoru Azercell şirkətidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31