Arzu Mürvətovanın "Manifest" adlı fərdi sərgisi keçiriləcək

Mayın 6-da 9 May Qələbə Günü münasibətilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Arzu Mürvətovanın Böyük Vətən Müharibəsi veteranlarının tariximizdə qoyduğu qəhrəmanlıq izlərini ehtiva edən "Manifest" adlı fərdi sərgisi keçiriləcək.

Olaylar.az bildirir ki, sərginin təşkilində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Azərbaycan Fotoqrafları Birliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, SUN Graphics Reklam və Dizayn qrupu dəstəkdir. Qeyd edək ki, sərgi "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin birgə layihəsidir.

Sərgi 10 may tarixinədək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində, həmçinin may ayından etibarən Bakı Metropoliteninin "Gənclik" stansiyasında nümayiş olunacaq.

İnformasiya dəstəyi: YeniCag.az, AzPress.az, Edumap.az, Frame.az və Frame Partnership Club

Sərgiyə giriş sərbəstdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31