“Balaca Şahzadə” növbəti dəfə nümayiş olunacaq
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tamaşaçıların çoxsaylı xahişlərini nəzərə alaraq, Antuan de Sent-Ekzüperinin dünyaca məşhur “Balaca Şahzadə” əsərinin motivləri əsasında hazırladığı eyniadlı tamaşasını may ayının 3-ü saat 19:00, 4-ü saat 12:00 və 15:00-da, 31-i saat 19:00, “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”ndə isə saat 12:00-da nümayiş etdirəcək.
27 Aprel 2019 17:23 MədəniyyətAzərbaycan Dövlət Akademik Musiqili Teatrı tamaşaçıların çoxsaylı xahişlərini nəzərə alaraq, Antuan de Sent-Ekzüperinin dünyaca məşhur "Balaca Şahzadə" əsərinin motivləri əsasında hazırladığı eyniadlı tamaşasını may ayının 3-ü saat 19:00, 4-ü saat 12:00 və 15:00-da, 31-i saat 19:00, "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü"ndə isə saat 12:00-da nümayiş etdirəcək.
Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli Prezident təqaüdçüsü Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhmi, rejissoru Əməkdar artist Nofəl Vəliyevdir, səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmalar isə "Bakı Media Mərkəzi"nə məxsusdur.
Balaca Şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru - adı "Qızıl kitab"a yazılan Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədzadə canlandıracaq. Digər rolları Əməkdar artistlər - Ələkbər Əliyev (Kral), Şövqi Hüseynov (Tülkü), aktyorlar - Əmrah Dadaşov (Təyyarəçi), Nicat Əli (Dərviş) Aydan Həsənova (Qızılgül), Əliməmməd Novruzov (Şoumen), Məhərrəm Qurbanov (Əyyaş), Hüseyn Əlili (Fənərçi), Rauf Babayev (Kommersant), Emil Heydərov (Qlobus), İbrahim Əlizadə (Ora-bura) ifa edirlər. Tamaşanı teatrın rejissor assistenti Sevinc Məmmədova idarə edir.
Qeyd edək ki, layihə rəhbəri Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyeva olan "Balaca Şahzadə" tamaşası üçün orta məktəblər, eləcə də, idarə və müəssisələrdən kollektiv şəkildə sifarişlər qəbul edilir.