Kriminal
İnterpol daha bir azərbaycanlını axtarır
İnterpol daha bir azərbaycanlı şəxs barədə axtarış elan edib. 1982-ci ildə Bakı şəhərində anadan olan Ruslan Abduləzimzadə qəsdən sağlamlığa xəsarət yetirməkdə təqsirləndirilir.
MTN-in intihar etmiş polkovnikinin istintaqa verdiyi ifadəsi məlum olub
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin istintaq dövründə verdiyi ifadəsi açıqlanıb. MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə ittiham aktında göstərilib ki, İ.Əliyev intihar etməmişdən əvvəl Bakı İstintaq Təcridxanasında dindirilib.
Səhiyyə Nazirliyinin qurumunun ərazisindən oğurluq olub
Səhiyyə Nazirliyinin qurumlarından birinin ərazisindən oğurluq olub. Bakı şəhəri, Yasamal rayonu F.İbrahimbəyov küçəsi 31 ünvanında yerləşən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin ətrafını işıqlandıran işıq dirəklərindən elektrik naqilləri oğurlanıb.
Leyla Yunus və Arif Yunusun məhkəməsi təxirə düşdü - SƏBƏB
Bu gün Bakı Apelyasiya Məhkəməsində Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barələrində hökmdən verilmiş şikayət üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.
Peterburqda Rövşən Lənkəranskinin ölümündə şübhəli bilinən şəxslərdən biri öldürülüb
Sankt-Peterburqda “qanuni oğru” Rövşən Lənkəranskinin ölümündə əli olduğu ehtimal edilən şəxs öldürülüb. Bu barədə Rusiyanın “Prime Crime” saytının yaydığı xəbərdə deyilir.
Vidadi Zeynalov:"Rəhbərliyin göstərişini yerinə yetirmişəm"- YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Qaçaqmalçılıq yolu ilə gətirilən məhsullar müsadirə edilib
Xaçmaz Gömrük İdarəsi əməkdaşlarının Quba şəhərində keçirdiyi əməliyyat nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən tütün məmulatları, spirtli içkilər və ərzaq məhsullarının realizə edilməsinin qarşısı alınıb.
Həyətlərində çətənə yetişdirən şəxslər tutulub
Balakən rayonunun Sarıbulaq kənd sakininə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 35 ədəd çətənə kolları və 7,21 kq marixuana aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Sarıbulaq kənd sakini, əvvəllər məhkum olunmuş Sədrəddin Musayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 35 ədəd çətənə kolları və 7 kiloqram 210 qram marixuana aşkar edilərək götürülüb.
Avtomobildə gizlədilmiş siqaret aşkar edildi
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mersedes Benz” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. “Olaylar” Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonundan gömrük nəzarətindən gizlədilən 2 ədəd “Samsung Galaxy Grand Prime”, 2 ədəd “Samsung Galaxy J3”, 1 ədəd “Samsung Galaxy On5” markalı mobil telefonlar, arxa oturacağın arxasından isə 2400 ədəd “Marlboro” markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Abşeronda at oğruları tutldu
Ümumilikdə 8 baş at oğurlamaqda şübhəli bilinən Qobu qəsəbə sakinləri tutulublar.“Olaylar” Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 1-də rayon sakini Ramil Quliyevə məxsus 1 baş atı oğurlamaqda şübhəli bilinən Qobu qəsəbə sakinləri Arif Əliyev, Sədrəddin Süleymanzadə və Xanqulu Mirzəyev tutulublar. Ətraflarında aparılan tədbirlərlə martın 14-də Quldar qışlaq sahəsində Sumqayıt şəhər sakini Əlirza Hüseynova məxsus 7 baş atı oğurlamaları da müəyyən edilib.
“Ana-balanı verirdik, 150 manat alırdıq”
Abşeron rayon polis idarəsinin növbətçi hissəsinə, Qobu qəsəbəsi sakinləri tərəfindən şikayət xarakterli məktub daxil olub.
Bakıda məşhur şadlıq sarayında toy sahibinə çatacaq pullar oğurlandı
Dünən gecə saatlarında Nizami rayonu, Mehdi Abbasov küçəsi 22 ünvanında yerləşən “Romance Palace” şadlıq sarayından içərisində 38200 manat və 300 ABŞ dolları pul olan seyf oğurlanıb.
Amansızlıqla öldürülən Günelin ailəsindən ŞOK İTTİHAMLAR
Dünən Mingəçevir şəhərində baş vermiş dəhşətli qətl hadisəsinin şok təfərrüatı üzə çıxıb. Mingəçevir şəhərinin Xətai 16 ünvanındakı yaşayış binasında şəhər sakini Kənan Əzizovun həyat yoldaşı, iki uşaq anası Əzizova Günel Yusif qızını əslində qısqanclıq zəminində deyil, ailə münaqişəsi səbəbindən öldürdüyü üzə çıxıb.
Qaçaqmalçılıq yolu ilə gətirilmiş siqaretlər müsadirə edilib
Xaçmaz Gömrük İdarəsi əməkdaşlarının Quba şəhərində keçirdiyi əməliyyat nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən tütün məmulatları, spirtli içkilər və ərzaq məhsullarının realizə edilməsinin qarşısı alınıb.
MTN generallarının məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib
Bu gün Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.














