Kriminal
Məhkəmə Cahangir Hacıyevin 12 vəsatətini rədd etdi
Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.
70 yaşlı tənha qadını qətlə yetirərək evini qarət etdilər
Masallıda yaşlı qadın qətlə yetirilib. Məlumata görə, hadisə rayonun Ərkivan qəsəbəsində Abaslı məhəlləsində baş verib. Qonşuların bildirdiyinə görə, evdə tək yaşayan Gülgəz İsrafilovanın evinə gecə saatlarında basqın olub. Təxminən 70 yaşlarında olan qadının baş nahiyəsinə kərpic parçası ilə ağır zərbə endirilib. Nəticədə köməksiz qalan qadın dünyasını dəyişib. Evə qarət məqsədilə basqın edildiyi deyilir. Cinayəti törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış qrupu yaradılıb. Hadisə yerinin müayinəsi aparılır. Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırmalara başlanıb.
Zərərçəkən: “MTN-də şərikimin həbs olunmaması üçün 150 min manata razılaşdıq”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayorElçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və digərlərinin cinayət işi üzrə mayın 4-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs Sahib Qurbanov da ifadə verib. S. Qurbanov bildirib ki, hədə-qorxu yolu ilə ondan külli miqdarda pul alıblar. Zaur Əzimov və Amil Yusifovla birlikdə siqaret satışı ilə məşğul olduğunu deyən zərərçəkən 2015-ci ilin yanvarında MTN-in Xəzər rayon şöbəsində Amil Yusifova məxsus siqaretlərin müsadirə edildiyini bildirib: “Onun cinayət məsuliyyətinə cəlb olunmaması ilə bağlı danışıq aparmaq üçün həmin şöbəyə getmişəm.
Bakıda sürücünün tanışlıq təklifini rədd edən qadın vəhşicəsinə döyüldü, qulağı cırıldı
Bakıda gecə saatlarında 41 yaşlı qadınla tanış olmaq istəyən şəxs onu döyüb. Hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, Füzuli meydanının qarşısında 1976-ci il təvəllüdlü Günay Qurbanova yolu piyada keçərkən "Mercedes" markalı avtomobilin sürücüsü tanış olmaq üçün ondan telefon nömrəsini istəyib.
Cahangir Hacıyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesinin keçirilmə vaxtı məlum olub
"Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmənin başlama vaxtı məlum olub. Vəkil Aqil Layıcovun verdiyi məlumata görə, apellyasiya şikayəti üzrə məhkəmə prosesi mayın 5-də Bakı Apellyasiya Məhkəməsində keçiriləcək. İclasa hakim Əflatun Qasımov sədrlik edəcək.
"Məni MTN-ə gətirib 100 min manat istədilər"
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və daha iki nəfərin cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Rusiyada həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı tutulub
Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb. Rusiya İstintaq Komitəsinin regional bölməsinin yaydığı məlumatda bildirilir ki, saxlanılan Xancanov Balaş Allahşükür oğlu hazırda dindirilir.
Ofisdən 15 minlik qızıl qələmlər oğurlandı
Bakı şəhəri, Səbail rayonunda oğurluq faktı qeydə alınıb. N.Rəfibəyli küçəsində 1986-cı il təvəllüdlü Ülviyyə Abdalovaya məxsus ofisdən açarseçmə yolu ilə 15 000 manatlıq qızıl qələmlər, 3 800 manat dəyərində qızıl-zinət əşyaları və 12 ədəd möhür oğurlanıb.
Bakıda qızına toy edən biznesmenin evini yaranlar tutuldular
Bakıda mənzildən külli miqdarda pul oğurlanıb. DİN xəbər verir ki, iş adamı İlqar Niyazovun mənzilindən külli miqdarda pul oğurlamış şəxslər müəyyən edilib.
Evdən 5 min aparan yeniyetmələr yaxalanıb
Abşeron rayonunda törədilmiş oğurluğun üstü açılıb. “Olaylar” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən mayın 2-də Masazır qəsəbəsindəki evlərdən birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri olan 2 yeniyetmə saxlanılıblar. Araşdırma aparılır.
Evləri qarət edən dəstə zərəsizləşdirlib
Bakıda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cari il aprelin 9-dan mayın 3-dək olan müddətdə Binəqədi rayonu ərazisindəki evlərdən birindən qapının qıfılını sındırmaq yolu ilə məişət texnikası və əşyalar oğurlanıb. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Ülvi Hacıyev, Vitali Qliyev, Bəhruz Mustafayev, Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Kamran Əliyev və Kürdəmir rayon sakini Fərizə Heydərova tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların rayon ərazisindəki daha 3 evdən ümumilikdə 1300 manat pul, 4270 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
Başına küt alətlə vuraraq qətlə yetirdi
Bakı Metropoliteninin “28 May” stansiyasının yeni çıxışının yaxınlığında, Təbriz küçəsi 2 ünvanında yerləşən tikilidə Lənkəran rayonun Kərgəlan kənd sakini, 1973-cü il təvəllüdlü Əliyev Müşfiq Firdovsi oğlunun meyiti tapılıb. Onun baş nahiyəsində çoxsaylı xəsarətlər olduğu müəyyən edilib. Araşdırmalar nəticəsində bəlli olub ki ki, M.Əliyevi 1965-ci il təvəllüdlü Məhərrəmov Elman Əli oğlu qətlə yetirib. E.Məhərrəmov M.Əliyevin başına küt alətlə çoxsaylı zərbələr vuraraq onu öldürdükdən sonra hadisə yerindən qaçsa da, çox keçmədən tutulub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Avtomobil qaçıran şəxslər saxlanıb
Avtomobili qaçırmaqda şübhəli bilinən Şabran rayon sakinləri tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə mayın 2-də Hacıağa Qurbanova məxsus “VAZ-21063” markalı avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş Səxavət Abdullayev və Elməddin Rzayev tutulublar. Avtomobil sahibinə qaytarılıb.
Xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 90 nəfərin müəyyən edilib
Dövlət Sərhəd Xidməti tərəfindən 130 min 191 nəfər sərhəd və rejim pozucusunun, 24 min 259 nəfər axtarışda olan şəxs saxlanılıb. Bu barədə DSX-dan verilən məlumata görə, təxmini dəyəri 106 milyon manat olan qaçaqmalın, 4 ton narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, 385 ton narkotik mənşəli bitki kolu aşkar olunub.
Avtomobildəki gizli saxlanc yerlərindən 5400 ədəd siqaret aşkar edilib
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ -21012" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonunda ayaqaltılarının altından və arxa oturacağın içərisində xüsusi düzəldilən gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilən, üzərində aksiz markası olmayan 3800 ədəd "Wİnston XS" və 1600 ədəd "Parliament Aqua Blue" markalı siqaretlər aşkar edilib.Faktla bağlı araşdırma aparılır.














