Kriminal
MTN generallarının məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib
Bu gün Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Maşallah Əhmədov məhkəmədən vaxt istəyib
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə davam etdirilib. Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, zərərçəkmiş Y. Əzizovdan M. Əhmədovun daşları qaytaracağı təqdirdə onlar arasında barışığın mümkün olub-olmayacağını soruşub. Y. Əzizov isə buna razı olduğunu, ancaq M. Əhmədovun ona dəymiş maddi ziyanı da ödəməsini istəyib.
Bakıda 20 min dolları 40 min dollara "çevirən" Kamerun vətəndaşının məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vambo Aurelienin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prokuror cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Türkiyədə ağır qəza: azərbaycanlılar yaralandı
Türkiyədə azərbaycanlı sürücünün idarə etdiyi "Mitsubihi" markalı avtomobil qəzaya düşüb. Azərbaycandan İstanbula gedən 43 yaşlı Fərid İbrahimovun idarə etdiyi "90 OJ 177" dövlət nömrə nişanlı pikap avtomobil Samsun-İstanbul yolunun Corum rayonunun Osmancıq qəsəbəsindən keçən hissəsində qəzaya uğrayıb.
15 avtomobili qarət edən dəstə zərsizləşdirilib
DİN-in Təhlükəsiz Şəhər Xidməti və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində maşınlara qənim kəsilən dəstə yaxalanıb. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 24-dən mayın 4-dək olan müddətdə Binəqədi rayonu ərazisində 15 avtomobildən yan güzgüləri, səsgücləndiricilər, videoqeydiyyat qurğusu, təkər, qaldırıcı qurğu, pul, qızıl və məişət əşyaları, sənəd, maqnitofon, tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Eldar Balışov, əvvəllər məhkum olunmuşlar - Nicat Ələkbərov və Ramin Cəbrayılov tutulub. Daha 2 nəfər isə müəyyən edilib.
Əcnəbini qarət edən qadın saxlanıb
Bakıda əcnəbi vətəndaşdan oğurluq edən qadın tutulub. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da rayon ərazisində kirayədə yaşayan əcnəbi vətəndaşın evindən 150 manat, 4500 ABŞ dolları pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini Günay Əliyeva tutulub.
Oğurluqda şübhəli bilinən şəxslər tutulub
Nəsimi rayonunda oğurluq hadisəsinin üstü açılıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ-nin əməkdaşları tərəfindən ötən il dekabrın 16-da Bakı şəhər sakini Natiq Ağayevin cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən Xocavənd rayon sakini, əvvəllər məhkum olunmuş Yavər Ağayev tutulub. Həmçinin Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da rayon ərazisində kirayədə yaşayan əcnəbi vətəndaşın evindən 150 manat, 4500 ABŞ dolları pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini Günay Əliyeva tutulub.
Kabel oğruları saxlanıb
Mayın 9-da Xoylu kəndi ərazisindəki MMC-lərdən birinə məxsus 900 metr kabel oğurlanıb. DİN-dən verilən məlumata görə, Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Simran Həsənov və dayısı oğlu Röyal Mirzəyev tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların mayın 4-də həmin MMC-dən daha 1681 metr kabel oğurlamaları da müəyyən edilib.
Bakıda cibgir yaxalanıb
Paytaxt Bakıda cibgir saxlanıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə martın 9-dan mayın 1-dək olan müddətdə rayon ərazisində 5 nəfərin ciblərindən pul, mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad İsmayılov tutulub. Faktla bağlı araşdırma aparılır.
"Rabitə işi" üzrə məhkəmə prosesi təxirə düşüb
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi baş tutmayıb.
11 su sayğacını oğurlayan qardaşlar yaxalanıblar
Oğurluq etməkdə şübhəli bilindiklərinə görə tutulan Faiq Bayramovun, Kənan Süleymanlının və qardaşı Sənanın ətrafında Sumqayıt Şəhər Polis İdarəsinin, 2-ci və 4-cü PB-lərin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların şəhər ərazisində daha 12 evin girişlərindən ümumilikdə 11 su sayğacı, inşaat materialları və su mühərriki oğurlamaları da müəyyən edilib.
Akif Çovdarovun məhkəməsi təxirə salındı
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, həmin idarənin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
MTN əməkdaşlarının tutduğu şəxs məhkəmə zalından azadlığa buraxılıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə cinayət əməli törətməkdə təqsirləndirilən Rəhman Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Masallıda azyaşlının sünnət edilərkən ölməsi faktı üzrə cinayət işi başlayıb
Masallı rayon Prokurorluğu azyaşlının sünnət edilərkən ölməsi faktı ilə bağlı məlumat yayıb. Rayon Prokurorluğundan bildirilib ki, mayın 3-də Masallı rayon Musaküçə kənd sakini, azyaşlı Hüseynov Kənan Abutalıb oğlunun Masallı rayon mərkəzi xəstəxanasında vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla müəyyənləşib ki, 2012-ci il təvəllüdlü Kənan Hüseynov yaşadığı evdə əvvəllər cərrah işləmiş, 2016-cı ilin aprel ayından təqaüddə olan həkim Ramiz Sadıqov tərəfindən sünnət olunarkən halı pisləşib, Mərkəzi Rayon Xəstəxanasına aparılmasına baxmayaraq orada vəfat edib.
"Nardaran işi" üzrə ikinci dəstənin məhkəməsi davam etdirildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" adlı təşkilatın sədr müavini Elçin Qasımov və təşkilatın üzvləri Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.














