Kriminal
Hakim oğlunun ölümünə səbəb olan sürücünün MƏHKƏMƏsi: Protest təmin edilmədi
Bu gün Bakı Apellyasiya Məhkəməsində Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Natiq Kərimova hökm oxundu - 7 İL
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Cahangir Hacıyevin səhhətində problem yarandı
"Azərbaycana Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. Prosesə sədrlik edən hakim Əflatun Qasımov iclasda Cahangir Hacıyev səhhətində problemlər yarandığını deyib.
15 nəfərin ölümünə səbəb olan yanğınla bağlı məhkəmə - VƏSATƏT TƏMİN EDİLMƏDİ
Bakı Apellyasiya Məhkəməsində Binəqədi rayonundakı yaşayış binasında baş vermiş yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesə sədrlik edən hakim İlqar Murğuzov bildirib ki, zərərçəkmişlər onlara müraciət edərək binanın təmirində istifadə olunmaq üçün dövlət tərəfindən ayrılan pulun mənimsənildiyini deyiblər. Hakim qeyd edib ki, hazırkı cinayət işi üzrə bu məsələni araşdırmaq mümkün deyil, bununla bağlı zərərçəkmişlər istintaq orqanına müraciət edə bilər. Daha sonra hakim nəzərə çatdırıb ki, təqsirləndirilən şəxslərin vəkilləri həbs qətimkan tədbirinin ləğvi, iclasın istintaqla aparılması barədə vəsatətlər veriblər. Məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmənin baxış iclası mayın 24-nə təyin edilib.
Avtomobil qaçıran saxlanıb
Mayın 10-na keçən gecə Sabirabad rayonunun Qalaqayın kəndi ərazisindən kənd sakini Eldar Fətullayevə məxsus "VAZ-21011" markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş Ramil Abbasov avtomobillə birgə saxlanılıb. RPŞ tərəfindən araşdırma aparılır.
Tovuzda silah-sursat aşkar edilib
Aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Əliqulu Nuriyev müvafiq sənədləri olmayan "BUM" markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib. DİN-dən verilən məlumata görə, həmçinin Tovuz Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən rayonun Abulbəyli kəndi ərazisindən 1 ədəd "TOZ" markalı tüfəng, 18 ədəd avtomat patronu, 1 ədəd patron darağı, 1 ədəd "F-1" və 1 ədəd "RQD-5" qumbaraları tapılıb və aidiyyatı üzrə təhvil verilib. .
Rəis müavini baş redaktoru məhkəməyə verdi
Cəlilabad rayon Polis Şöbəsinin rəis müavini Eldar Səfərov Criminal.az saytının baş redaktoru Anar Məmmədovu məhkəməyə verib. Bu barədə jurnalistin özü facebook profilində yazıb. A.Məmmədov sayta açılamasında bildirdi ki, Eldar Səfərov onun barəsində Yasamal rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırıb.
Daxili orqanında 13 büküm heroin aşkar edildi
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları narkotik vasitənin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısını alıblar.
İnterpol daha bir azərbaycanlını axtarışa verdi
İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. 1950-ci ildə Ağstafa rayonunda anadan olmuş Ramiz İsmayılov cinayəti bilib gizlətməkdə təqsirləndirilir. R.İsmayılov istintaqdan yayındığı üçün Azərbaycanın məhkəmə orqanı onun barəsində həbs qəti imkan tədbiri seçib və axtarış elan edib. Həmin qərar əsasında da İnterpol onun barəsində beynəlxalq axtarış elan edib.
Ata evindən qızıl oğurlayan oğulun əlləri qandallandı
Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 8-nə keçən gecə Cəlilabad rayonunda yaşayan Əfqan İsmayılovun evindən 2500 manat dəyərində qızıl əşyalar oğurlanıb.Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə qızıl əşyaların onun oğlu Adəməli tərəfindən oğurlanması müəyyən edilib.
Ermənilər həmyerlimizi vəhşicəsinə döydülər
Rusiyada ermənilər soydaşlarımıza qarşı təxribatyönümlü əməllərindən əl çəkmirlər. Sankt Peterburq şəhərində həmyerlimiz Hüseynov Əfsun adlı diaspor fəalına qarşı 20 dən çox erməni tərəfindən hücum olub. Hüseynov Əfsun ermənilər tərəfindən vəhşicəsinə döyülüb. O, aldığı xəsarətdən şəhər xəstəxanasına yerləşdirilib . Hadisə yerinə çoxlu sayda hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilsə də, ermənilərdən saxlanılan olmayıb. Polis tərəfindən iki həmyerlimiz polis maşınına məcburi mindirilib və döyülərək polis bölməsinə aparılıblar.
Müxalifətdəki agentlərə nə qədər pul verilib? - Məbləğ açıqlandı
Hazırda həbsdə olan və məhkəmə prosesi davam edən MTN generalı Elçin Quliyev və müavini, polkovnik Azər Mehdiyevin ittiham olunduqları epizodlardan biri də dövlət büdcəsindən 7,7 milyon manat pulun mənimsənilməsidir. Keçmiş MTN-çilər isə bu pulların agentlərə mükafat kimi verildiyini bildiriblər.
Zamində olan şəxs məhkəmə zalında həbs edildi - 16 min manatlıq dələduzluq
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Anar Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Dələduz maklerə HÖKM OXUNDU
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abgül Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıda qadına məxsus "Porsche"dən oğurluq edildi
Bakıda qadına məxsus avtomobildən oğurluq olub. Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.














