Kriminal

Çətənə və marixuana kolları aşkar edilib

15 May 2017 15:57

Sabirabad rayon sakinlərinin evlərindən marixuana və çətənə kolları aşkar edilərək götürülüb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Azadkənd kəndində yaşayan, əvvəllər məhkum olunmuş Hidayət Məmmədovun evinə baxış zamanı oradan 1 kiloqram 292,38 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Gömrükçülər 6400 ədəd siqaret aşkar ediblər

15 May 2017 15:55

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “VAZ -21074” markalı nəqliyyat vasitəsinə “Nayk” ləqəbli xidməti axtarış iti ilə gömrük baxışı keçirilib.

Akif Çovdarov: "Mən ad çəkməyə başlasam, aləm bir-birinə dəyər"

15 May 2017 14:06

Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

MTN-in Antiterror Mərkəzində büdcədən mənimsənilən vəsaitlərin həcmi məlum olub

15 May 2017 12:29

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində MTN-də yüksək vəzifə tutmuş və hazırda xidmətlərini DTX-da davam etdirən zabitlər dövlət büdcəsindən mənimsənilən məbləğlərlə bağlı verdikləri ifadələr məlum olub.

MTN "yalan detektoru"ndan istifadə edib - Generaldan ETİRAF

15 May 2017 12:23

Ləğv edilmiş MTN-in generallarının qanunsuz əməllərinin araşdırılması ictimaiyyət üçün bir çox maraqlı məqamları üzə çıxarır.  MTN-ə aparılaraq dindirilən şübhəlilərin bir neçəsi "yalan detektoru"ndan keçirilib. Belə ki, ifadə verən şəxslərin yalan danışıb-danışmadığı bu aparat vasitəsilə müəyyən olunub. İntihar edən MTN  zabiti Malik Mustafayevin epizodu üzrə dindirilən şahidlərdən biri bunu təsdiq edib.

Sürücü yol polisini xəstəxanalıq etdi - BAKININ MƏRKƏZİNDƏ İNSİDENT

12 May 2017 17:13

Bakıda sürücü yol polisini vurub. Hadisə dünən saat 18:30 radələrində Neftçilər  prospekti 26 ünvanının qarşısında baş verib.

MTN Elçin Behbudova niyə hər ay 2 min verib? – ŞOK

12 May 2017 17:10

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindən (MTN) hər ay aldığı pul mükafatının miqdarı bəlli olub.  Bu barədə MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində qeyd olunub.

Şahid: “MTN əməkdaşları silahı başıma dirədi”

12 May 2017 15:46

Bakı Hərbi Məhkəməsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almış Milli Təhlükəsizlik NazirliyiBaş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıda məşhur biznesmenin ailə işinə qarışan qadın tutuldu - MİLYONLUQ QALMAQAL

12 May 2017 15:44

Bakı polisi axtarışda olan qadını tutub.  Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq, külli miqdarda zərər vurmaqla) ilə başlanan cinayət işi əsasında axtarışa verilən Gəncə şəhər Kəpəz rayon sakini, 1975-ci il təvəllüdlü İsmayılova Səkinə Sərdar qızı gecə saatlarında tutulub. O, Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə yerləşdirilib.

Oğrular evdən qumbara və tapança apardılar, ev sahibi həbs olundu

12 May 2017 15:25

Mayın 11-də Ağsu rayonunun Qaradaşlı kənd sakini Sədaqət Qədirov rayon Polis Şöbəsinə  müraciət edərək mayın 10-da evindən pəncərədən girmək yolu ilə 200 manat pulunun və 2 ədəd qızıl üzüyünün oğurlanmasını bildirib.

Öz evində qızını başqa kişi ilə görüşdürən ananın qan donduran cinayəti

12 May 2017 15:18

Məmmədov Sədi Bəhram oğlu ilə Mahmudova Lalə Yaşar qızı əlbir olaraq 26 sentyabr 2015-ci ildə, saat 3-4 radələrində Yasamal rayonu, İzmir küçəsi 5, mənzil 55-də sonuncunun əri Mahmudov Kamran Zaid oğlunu yatmış vəziyyətdə gülləyərək öldürüb. Daha sonra S.Məmmədov onun meyitini hamam otağında doğrayıb hissələrə bölərək, torbalara yığaraq özünün "BMW" markalı, Az 10 KA 009 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığaraq İsmayıllı rayonu, Talıstan kəndinə aparıb qardaşı Əli Məmmədovun bağ sahəsində basdırıb.

Vətəndaşlara 400 min manat "atan" "JEK" rəisinə AĞIR CƏZA

12 May 2017 13:05

400 min manat dələduzluq etməkdə təqsirləndirilən 1980-ci il təvəllüdlü Namiq Quliyevin cinayət işi üzrə məhkəmə başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Namiq Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. 

"Pulumu vermədilər deyə oğurluq etdim" - İş yerlərindən oğurluq edənlər dəstə saxlanılıb - VİDEO

12 May 2017 13:00

Gəncə sakinləri çalışdıqları şirkətə qənim kəsiliblər. Goranboy Rayon Polis Şöbəsinə daxil olan şikayət əsasında yerli şirkətlərdən birindən elektrik kabellərini oğurlamaqda şübhəli bilinən dəstə müəyyənləşdirilib. Həmin şəxslər may ayının 1-dən 2-nə keçən gecə rayonun Xoylu kəndi ərazisindən xeyli miqdarda naqil oğurlayaraq satıblar. Təxminən 5 gün sonra eyni əməli təkrar törətmək istəyən dəstənin planı baş tutmayıb. Şirkətin keçmiş əməkdaşları ifşa ediliblər.

MTN-nə işləyən agentlər: keçmiş nazir, QHT sədri, baş redaktor - Kod adı "Terminator", "Qəhrəman"...

12 May 2017 12:14

Həbsdə olan MTN generalı Elçin Quliyev və polkovnik Azər Mehdiyevin dövlət büdcəsindən 7,7 milyon dollar mənimsəmələri ittihamı üzrə yeni detallar məlum olub.

Keçmiş MTN generallarının məhkəməsi: Zərərçəkmişlər dindirildi

11 May 2017 18:59

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.