Kriminal
Cinayət törətdiyi üçün Rusiyaya qaçan azərbaycanlı ölkəyə təhvil veriləcək
Azərbaycanda cinayət törətdiyi üçün Rusiyada saxlanılan 23 yaşlı azərbaycanlı ölkəyə təhvil veriləcək. Həmin şəxs Azərbaycanda ağır cinayət törətməkdə ittiham edilir. O, 2015-ci ildə tanışını bıçaqlayıb. Həmin şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb.
3400 ədəd siqaretlər aşkar edilib
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacağının altından və salonundan gömrük nəzarətinə bəyan edilməyən, 3400 ədəd "Dubao" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
1 milyonluq dələduzluqda təqsirləndirilən qadının işində: "Danışanda Akif Çovdarovun adını çəkirdi"
Vətəndaşlara qarşı 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin cinayət işi üzrə məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Afət Hüseynova sualları cavablandırıb.
“FETÖ işi” ilə əlaqədar həbs olunmuş AXCP üzvü məhkəmədə ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Gəlini aparmağa gələnlər qız evini soydular
Azərbaycanda maraqlı oğurluq hadisəsi baş verib. Hadisə toy günü baş verib. Belə ki, toy günü qız evinin mənzilindən 3500 manat pul və 2000 manat dəyərində qızıl aparılıb. Qız evi məsələ ilə bağlı polisə şikayət əraziəsi təqdim edib.
Bacısına görə dayısı oğlunu öldürənə AĞIR CƏZA TƏLƏBİ
Dayısı oğlunu öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Nurlan Quliyevin məhkəməsi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında Nurlan Quliyevin 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.
Ədliyyə Nazirliyi və Baş Prokurorluq Mehman Qələndərovun intiharı ilə bağlı birgə məlumat yayıb
Ədliyyə Nazirliyi və Baş Prokurorluq bloger təqsirləndirilən Mehman Qələndərovun intihar etməsi faktı ilə bağlı birgə məlumat yayıb. Prokurorluqdan daxil olan məlumatda qeyd olunur ki, kütləvi informasiya vasitələrində Mehman Qələndərovun Bakı İstintaq Təcridxanasında intiharı ilə bağlı müxtəlif xəbərlər yayılıb.
"Qıza 50 manat verdim ki, çıxsın" - Arifə hakim qarşısında
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kişiləri internet üzərindən qızlar vasitəsilə görüşə çağıran, orada isə hədələyərək pulunu almaqda təqsirləndirilən dəstə üzvləri - İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“MTN işi” üzrə təqsirləndirilən şəxsin ibtidai istintaqa ifadəsi açıqlanıb
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror mərkəzinin 1-ci idarəsinin 3-cü şöbəsinin rəis müavini işləmiş, hazırda həbsdə olan Azər Mehdiyevin ibtidai istintaq zamanı verdiyi ifadə məlum olub. İfadəsində özünü təqsirli bilməyən A. Mehdiyev deyib ki, uzun müddət MTN-də çalışıb.
İnterpol bu azərbaycanlını axtarışa verdi
İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. 1966-cı ildə Sumqayıt şəhərində anadan olmuş Mürsəlov Müşvid Daşdəmir oğlu soyğunçuluqda təqsirləndirilir.
Akif Çovdarovun məhkəməsi təxirə salınıb
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Cinayət törədən 3 yeniyetmə saxlanıb
Bir gündə 3 yeniyetmə cinayət törətdiyi üçün saxlanılıb. Daxili İşlər Nazirliyindən məlumata görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 28-də Bakı şəhər sakini Ömərxalid Fərmanova hədə-qorxu gələrək 1000 manat pulunu almaqda şübhəli bilinən Abşeron rayon sakini olan bir yeniyetmə saxlanılıb.
Daxili orqanında heroin keçirmək istədi
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, şəxsi yoxlama nəticəsində, vətəndaşın daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə, xalis çəkisi 41,9 qram olan narkotik vasitə - heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Əcnəbini qarət edən saxlanıb
Bakıda xarici ölkə vətəndaşı qarət olunub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 30-da saat 2 radələrində Səbail rayonu ərazisindəki Sahil bağında əcnəbi vətəndaşı Dean Simpsonun içərisində 467 manat və 3 ədəd bankomat kartı olan pulqabısını açıq talama yolu ilə almış Emin Mustafayev və Beyləqan rayon sakini Nicat Hacıyev hadisə yerindən qaçmaq istəyərkən 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulublar. Faktla əlaqədar cinayət işi başlanılıb.
Polkovnikin oğlunun evinə həbs qoyuldu
"Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.














