Kriminal

Bakıda yaşıllığı məhv edən şirkət rəhbəri həbs edildi - Qardaşı ''Akula Akif''in "sağ əli"dir

1 May 2017 13:13

Bakının Yasamal rayonunda yaşıllıqların məhv edilməsinə görə tikinti şirkətinin sədri həbs edildi. Ş Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində "Böyük Plaza" yaşayış və ticarət mərkəzini tikən "A-3 Sənaye Tikinti Korporasiyası" MMC-nin sədriAzər İsmayılovun barəsində Xətai rayon Məhkəməsi tərəfindən 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bakıda xristian qəbiristanlıqlarından dəmir barmaqlıqlar oğurlayan şəxs tutulub

1 May 2017 12:36

Daxili işlər orqanları tərəfindən Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində yerləşən xristian qəbiristanlıqlarından dəmir barmaqlıqlar, eləcə də digər metal əşyalar oğurlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb.

Bakıda narkotika alverində təqsirləndirilən erməniyə HÖKM OXUNDU

28 Aprel 2017 18:24

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşına hökm oxunub

28 Aprel 2017 17:24

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda həbs edilən Rusiya vətəndaşı, erməni əsilli Marat Ueldanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Samir Əliyevin sədrliyi ilə qapalı keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M. Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Rövşəni öldürdüyünü deyən oğru haqda ŞOK DETAL

28 Aprel 2017 16:30

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qanuni oğru Rəşad İsmayılov (Rəşad Gəncinski) barədə sensasion məlumat açıqlayıb.  R.İsmayılovun Moskvada öldürülən biznesmen Canbulat Şamiloğlunun qətlinin sifarişçisi olduğunun təsdiqləndiyi bildirilib. İşin sensasion tərəfi budur ki, R.İsmayılov ötən ilin avqustunda Türkiyədə qətlə yetirilən qanuni oğru Rövşən Canıyevin (Lənkəranski) öldürülməsini üstənərək, Canbulatın intiqamı kimi izah etmişdi.

Zərərçəkən: “MTN-də 300 min dollarımı alandan sona məni sərbəst buraxdılar”

28 Aprel 2017 15:31

Bu gün Bakı Hərbi Məhkəməsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul alan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Vidadi Əzizov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsi əvvəllər tanımayıb.

Azərbaycanda ərlərini zəhərləyib öldürüb, Türkiyədə isə daha iki nəfəri...

28 Aprel 2017 15:21

Türkiyənin Bolu şəhərinin məhkəməsi Azərbaycanda ərlərini zəhərləyib öldürən və daha sonra bu ölkəyə gedib azı iki nəfəri eyni üsulla o dünyaya göndərən iki azərbaycanlı qadının məsələsini araşdırır.

Axtarışda olan şəxslər saxlanıb

28 Aprel 2017 15:18

Dələduzluq etməkdə şübhəli bilinən şəxslər tutulublar.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsini 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 26-da Tofiq Vəliyevi aldadaraq 210 manat pulunu almaqda şübhəli bilinən Masallı rayon sakini Renat Şahbazov və Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Quliyev tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların daha 6 nəfərə qarşı dələduzluq etmələri də müəyyən edilib.

"Rabitə işi" üzrə təqsirləndirilən şəxslər dəymiş ziyanı ödəyiblər

28 Aprel 2017 15:04

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Emin Məmmədovun vəkili çıxış edərək Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin məktubunu elan edib.

Dini materialların qanunsuz yayımının qarşısı alınıb

28 Aprel 2017 14:36

Gəncə şəhərində yerləşən dini vəsaitlər satan mağazadan xüsusi razılıq (lisenziya) olmadan satışa çıxarılan dini təyinatlı ədəbiyyat və CD disklər aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi, Nizami (Gəncə) RPİ və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən Gəncə şəhərinin Cavadxan küçəsində şəhər sakini Kifayət Məhərrəmovaya məxsus mağazaya baxış keçirilib. Oradan xüsusi razılıq (lisenziya) olmadan satışa çıxarılan 58 ədəd dini təyinatlı ədədbiyyat və 16 ədəd CD disk aşkar edilərək götürülüb. K.Məhərrəmova barəsində İnzibati Xətalar Məcəlləsinin 516-cı (dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması) maddəsi ilə protokol tərtib edilib.

"Vüsalənin maşınında oturub pulları sayanda..." - Ucuz "İphone" alverçiləri generallarla üz-üzə

28 Aprel 2017 12:56

Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Rusiyada adam oğurluğunda təqsirli bilinən iki azərbaycanlıya hökm oxunub

28 Aprel 2017 12:25

Rusiyada adam oğurluğunda təqsirli bilinən iki azərbaycanlıya hökm oxunub. Proses Vladimirsk vilayətinin Aleksandrov şəhər məhkəməsində keçirilib. 27 yaşlı Toğrul Dadaşlı və 21 yaşlı Şahid Quliyev əlbir olaraq adam oğurluğu, zor tətbiqetmə və soyğunçuluqda təqsirli bilinib.

Rusiyada azərbaycanlı iş adamı öldürüldü

28 Aprel 2017 11:44

Rusiyada Azərbaycan vətəndaşı öldürülüb. Hadisə Orenburq vilayətinin Orsk şəhərinə baş verib. İstintaq Komitəsinin məlumatında bildirilir ki, Çerniqovsk küçəsində öldürülən şəxs 31 yaşlı Azərbaycan vətəndaşıdır. Onun xırda ticarət ilə məşğul olduğu və kirayə mənzildə yaşadığı bildirilir.

"2 milyon manat Eldar Mahmudova çatıb" - MTN generalı

27 Aprel 2017 18:08

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin istintaq zamanı verdiyi ifadəsi zamanı irəli sürülən ittihamları qəbul etməyib.

"3-4 qadın uşaq salıb, 10-15 kişi impotent olub" - Çovdarov sirləri açır

27 Aprel 2017 17:51

Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib. Aprelin 26-da proses şahid Natiq Hümbətovun ötən iclasda verdiyi ifadə üzrə dövlət ittihamçılarının və vəkillərin suallarını cavablandırması ilə davam etdirildi.