Kriminal
Binəqədidə cinayətkar dəstə zərəsizləşdirilib
Binəqədi rayonunda oğurğuq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də rayon ərazisindəki evlərdən birindən 6000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Kamran Xələfov, Balakən rayon sakini Elmir Bayramov və Saatlı rayon sakini Nazim Bayraqdarov tutulublar. Araşdırma aparılır.
Rayona göndərilmiş müəllimənin zorlanması ilə bağlı yeni xəbər
Keçən ilin aprel ayında Ağsu rayonunun Nuran kəndində orta məktəb müəlliməsinin oğurlanması və cinsi təcavüzə məruz qalması faktı ilə bağlı məhkəmə prosesi başlayıb.
Mühasib xanım müdirıni niyə öldürdü?
Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda Baş prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.
MTN generallarının məhkəməsində zərərçəkmiş şəxs ifadə verib
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Daha bir azərbaycanlı İnterpola verildi
İnterpol daha bir azərbaycanlını axtarışa verib. 1959-cu ildə Sumqayıt şəhərində anadan olan Şahin Abdullayev oğurluqda təqsirləndirilir.
"Başqasına verirdilər, mən də onunla qaçdım" - Sevgilisi öldürülən qız qardaşına od püskürdü
Bacısını qaçırdığı üçün dayısı oğlunu öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Nurlan Quliyevin məhkəməsi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Qəmbər Quliyev dindirilib. O, təqsirləndirilən şəxsin atası olduğunu deyib: "Ölən də mənimdir, öldürən də mənim. Mahir də qaynımın oğludur. Hadisələrin bura gələcəyinə inanmazdım. Qız qaçandan sonda hamı sakit durdu. Nurlan isə bağışlaya bilmirdi. Deyirdi ki, bacı mənim qeyrətimdir. Namusunun kirləndindiyini deyirdi. Oturub onunla saatlarla söhbət elədim. Deyirdim, işin olmasın qohumuq".
Bakıda polis mayorunu bıçaqlayan dəstəyə cəza - 20 il
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşını bıçaqlamaqda təqsirləndirilən Əli Həsənov və Əhmədyar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Gülənçi olduğu iddia edilən AXCP üzvünün vəsatətləri təmin edilmədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Qıcolma diaqnozu ilə ölən şəxsi "Qazel" vurduğu müəyyən edilib
Aprelin 18-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindən Bakı şəhər sakini Şahin Şahmuradov qıcolma diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB və DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ş.Şahmuradovun yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib. Aparılan əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsini "Qazel" markalı avtomobillə törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rafiq Həsənov saxlanılıb. .
İnterpol bu azərbaycanlını axtarır
İnterpol daha bir azərbaycanlını axtarışa verib. 1972-ci ildə Bakıda anadan olan Tanrıverdi Məhərrəmov barəsində Azərbaycanın məhkəmə orqanı həbs qərarı verib.
Cahangir Hacıyevin şikayətinə baxılacaq vaxt bilindi
Bakı Apellyasiya Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılacaq vaxt məlum olub.
Saxta pul satanlar yaxalandılar
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini əvvəllər məhkum olunmuş İbrahim Qurbanovun tanışı Biləsuvar rayon sakini Ülvi Vahabzadə ilə birlikdə saxta pul əskinaslarının satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olub.
Şahid məhkəmə zalında həbs olundu
Aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Möhkəm Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məlumata görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nəsimi Hüseynov ifadə verib.O, hakimin suallarına kobud cavab verdiyi və məhkəməyə dəfələrlə çağırılmasına baxmayaraq gəlmədiyi üçün barəsində 48 saatlıq həbs cəzası seçilib. Hakim şahidin davranışını məhkəməyə qarşı hörmətsizlik kimi qiymətləndirib.Məhkəməyə Nəsimi rayon Polis İdarəsinin əməkdaşları dəvət edilib və Nəsimi Hüseynov həbs edilib.
Türkiyədən narkotik gətirən qızların məhkəməsi başladı
Türkiyədən Azərbaycana narkotik vasitə gətirməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Səyalə Nağıyeva və 1989-cu il təvəllüdlü Nisə Babayevanın cinayət işi üzrə məhkəməsi başlayıb.
Həbsdə olan MTN generalının məhkəməsinin vaxtı açıqlanıb
Ləğv olunmuş MTN-in sabiq Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işi üzrə məhkəmənin başlama vaxtı məlum olub. Cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Elbəyi Allahverdiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 27-ə təyin edilib.














