Kriminal

Çobanın meyiti yanmış  fermada tapılıb

26 Aprel 2017 15:01

Şəmkir rayonunda ölümlə nəticələnən yanğın olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 25-nə keçən gecə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndi ərazisində kənd sakini Alı Burcuyevə məxsus fermanın yardımçı otağında yanğın baş verib. Fermada 12 kvm. sahədə yanar konstruksiyalar yanıb.Yanğın söndürüldükdən sonra orada çoban işləyən, kənd sakini Aydın Ələsgərovun yanmış meyiti tapılıb.

Bakıda yeniyetmə qız üstündə bıçaqlandı

26 Aprel 2017 15:00

Bakının Yasamal rayonunun Z.Kərimov küçəsində da bıçaqlanma baş verib. Məlumata görə,  1999-cü il təvəllüdlü Elvin Xaliqzadə həmin ünvanda naməlum şəxs tərəfindən bıçaqlanıb.Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardın göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

DİN əməliyyat keçirdi: Silah-sursat aşkar edildi

26 Aprel 2017 14:59

Xırdalan şəhər sakinindən silah-sursat götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Salahovdan “Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Bundan başqa Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Bilal Hacıyevdən nömrəsi silinmiş “Naqan” markalı tapança götürülüb.

MTN generalı ilk dəfə ifadə verdi: "Bu adamı həbs edin..."

26 Aprel 2017 13:31

Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Bakıda saxlanılan erməninin məhkəməsi başladı

26 Aprel 2017 13:29

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Prosesdə ifadə verən M.Ueldanov özünü təqsirli bilməyib. İclasda 5 şahid ifadə verib.

"Rabitə işi" üzrə məhkəmə prosesində fasilə elan olunub

26 Aprel 2017 13:22

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən  prosesdə təqsirləndirilən şəxs, “Rabitə Mülki” MMC-nin sabiq direktoru Emin Məmmədovun vəkilləri - Vüqar Xasayev və İmaməli Əsgərovun iclasa gəlmədiyi məlum olub. Bildirilib ki, vəkillərin qohumları rəhmətə gedib. 

Maşallah Əhmədovun gətirdiyi daşlarla bağlı DGK-ya sorğu göndərildi

25 Aprel 2017 17:45

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.

"Cənab hakim, bunların çoxu əməkdar dələduzluq ustasıdır..." - Çovdarovun məhkəməsi

25 Aprel 2017 16:37

Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

“Dəli Samir” ləqəbi ilə tanınan kriminal avtoritetdən XƏBƏR VAR

25 Aprel 2017 16:35

Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silah saxlama və narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Samir Aslanov və hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Fikrət Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mağazanı qarət edən şəxslər tutulublar

25 Aprel 2017 16:00

Aprelin 23-də  rayon ərazisindəki mağazalardan birindən 350 manat pul və ərzaq məhsulları oğurlanıb. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli bilinən Səngəçal qəsəbə sakinləri Elşad Quliyev, Bayram Kərimov, Eldəniz Quliyev və qardaşı Adil tutulublar. Araşdırma aparılır. 

Evlərə qənim kəsilən 2 yeniyetmə saxlanıb

25 Aprel 2017 15:59

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 3-də rayon ərazisindəki evlərdən birindən 2500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bülbülə qəsəbə sakinləri olan 2 yeniyetmə saxlanılıb. DİN-dən verilən məlumata görə, ətraflarında aparılan tədbirlərlə onların daha 2 evdən pul, sənəd, inşaat materialları və təmir-tikinti alətləri oğurlamaları da müəyyən edilib. 

Binəqədidə cinayətkar dəstə zərəsizləşdirilib

25 Aprel 2017 15:59

Binəqədi rayonunda oğurğuq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də rayon ərazisindəki evlərdən birindən 6000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Kamran Xələfov, Balakən rayon sakini Elmir Bayramov və Saatlı rayon sakini Nazim Bayraqdarov tutulublar. Araşdırma aparılır.

Rayona göndərilmiş müəllimənin zorlanması ilə bağlı yeni xəbər

25 Aprel 2017 15:48

Keçən ilin aprel ayında Ağsu rayonunun Nuran kəndində orta məktəb müəlliməsinin oğurlanması və cinsi təcavüzə məruz qalması faktı ilə bağlı məhkəmə prosesi başlayıb.

Mühasib xanım müdirıni niyə öldürdü?

25 Aprel 2017 15:32

Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda Baş prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

MTN generallarının məhkəməsində zərərçəkmiş şəxs ifadə verib

25 Aprel 2017 15:30

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.