Qaçaqmalçılıq yolu ilə gətirilən məhsullar müsadirə edilib

Xaçmaz Gömrük İdarəsi əməkdaşlarının Quba şəhərində keçirdiyi əməliyyat nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən tütün məmulatları, spirtli içkilər və ərzaq məhsullarının realizə edilməsinin qarşısı alınıb.

Xaçmaz Gömrük İdarəsi əməkdaşlarının Quba şəhərində keçirdiyi əməliyyat nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən tütün məmulatları, spirtli içkilər və ərzaq məhsullarının realizə edilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılması barədə məlumat daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin məhsulları satan Azərbaycan Respublikasının iki vətəndaşı və məhsulların daşındığı "Opel Astra" və "VAZ-2106" markali avtomobillər müəyyən edilib. Şərti alıcı qismində çıxış edən əməliyyatçılar Quba şəhəri, Heydər Əliyev prospektində həmin şəxslərlə əlaqə yaradıb və sövdələşmə baş tutduqdan sonra özlərini təqdim edərək avtomobillərə baxış keçirilməsi məqsədilə həmin şəxsləri Xaçmaz Gömrük İdarəsinə dəvət ediblər.Gömrük baxışı zamanı hər iki avtomobilin yük yeri və salonlarından ümumilikdə üzərində Belarus Respublikasının aksiz markası olan 8980 ədəd "NZ Gold Compact" markalı siqaretlər, Rusiya Federasiyasının aksiz markası ilə markalanan 9 ədəd 1 l-lik və 60 ədəd 0.5 l-lik araqlar, üzərində aksiz markası olmayan 2 adda 1 l-lik 20 ədəd viskilər, 25 kq konfet və 2 adda 78 kq kolbasa və 2 adda 265 kq yağ aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31