Bağlı qapı arxasından kişi meyiti tapılıb
Bağlı qapı arxasından kişi meyiti tapılıb
7 İyun 2019 17:25 KriminalPaytaxtın Nərimanov rayonunda mənzildə kişi meyiti aşkar edilib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1965-ci il təvəllüdlü Rzayev Azər İsa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31