Fəaliyyəti dayandırılmış çörək sexi yanıb
28 İyun 2018 14:10 KriminalBakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində ümumi sahəsi 585 m² olan (hazırda fəaliyyət göstərmir) çörək sexinin yanar konstruksiyaları 490 m² sahədə və ona bitişik, ümumi sahəsi 80 m² olan tikilinin (kafe kimi istifadə olunub) dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31