Silsilə oğurluqla məşğul olan şəxslər saxlanılıblar
27 İyun 2018 18:39 KriminalOğurluqda şübhəli bilinən Lökbatan qəsəbə sakinləri saxlanıblar.
DİN-dən "Olaylar"a verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-dən iyunun 22-dək olan müddətdə rayon ərazisindəki MTK-lardan birinin həyətindən 25 metr elektrik naqili, 10 evdən pul, qızıl əşyalar, təmir-tikinti alətləri, inşaat materialları və 600 metr elektrik naqili, habelə telefon qovşağına məxsus dirəklərarası 175 metr optik kabelini və 175 metr elektrik naqilini, mərasim evlərinin birindən samovar, bir qarajdan məişət əşyaları, bir sexdən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Lökbatan qəsəbə sakinləri Asim Əkbərov və Elşad Əhmədov saxlanılmışlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31