Oğrunun digər cinayətləri aşkar edilib

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zaur Nəsirov saxlanılıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də Sulutəpə qəsəbəsi ərazisində "KamAZ" markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Nəsirov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün daha bir "KamAZ" markalı avtomobildən akkumulyator oğurlaması da müəyyən edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31