“Mercedes” yolu keçən piyadanı vurub öldürüb

Səbail rayonunun Neftçilər prospektində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 25-də saat 18 radələrində Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Emil Əzizov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Sevda Salamovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31