Su sayğaclarının qənimi saxlanıb

Su sayğacı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən rayon ərazisindəki mənzillərdən birinin girişindən su sayğacı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sergey Nasinnikov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31