Azərbaycanlı iş adamını Türkiyədə öldürdülər

Antalyada azərbaycanlı iş adamının yataq otağında cansız bədəni tapıldı.

Antalyanın Finike bölgəsində portağal ticarəti ilə məşğul olan azərbaycanlı, 64 yaşlı Məcid Nuxiyev yataq otağındakı dolabda elektrik naqiliylə boynundan asılı vəziyyətdə tapılıb.

Fevral ayından bu yana tək yaşayan azərbaycanlı Məcid Nuxiyevdən xəbər ala bilməyən ev sahibi , dünən saat 16:00 radələrində evə gedib. Ev sahibi, qapının açılmaması və evdən ağır iy gəlməsi səbəbindən polisə xəbər verib. Verilən xəbərdən sonra evə baxış üçün gələn polislər dəhşətli mənzərə ilə qarşılaşıblar. Belə ki, Məcid bəy geyim dolabından elektrik naqili ilə asılı vəziyyətdə idi.

Polislərin apardıqları ilkin araşdırmalardan şəxsin 5-6 gün əvvəl öldüyü təxmin edilir. Məcid Nuxiyevin cansız bədəni müayinə ücün Antaliya Tibb qurumunun morquna göndərilib. Məhkəmə baş verən hadisə ilə bağlı araşdırma başladıb.

Minval.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31