Metroda soyğunçuluq edən şəxs saxlanıb
27 İyun 2018 13:42 KriminalBakı metropolitenində polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində ictimai nəqliyyatda soyğunçuğa cəhd edən şəxs cinayət başında yaxalanıb.
Bu haqda Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumatda bildirilib ki, iyunun 26-da saat 8 radələrində metronun "28 May" stansiyasının girişində naməlum şəxs bir qadının çantasını açıq talama yolu ilə alaraq aradan çıxmağa çalışıb. Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində soyğunçuluq etməkdə şübhəli bilinən həmin şəxs yaxalanıb. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nadir İsrafilov olduğu müəyyən edilib. Metropolitendə Polis Şöbəsində saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31