Fəhlə 12-ci mərtəbədən yıxılıb öldü
27 İyun 2018 12:49 KriminalBakıda tikinti zamanı ölüm hadisəsi baş verib.Hadisə Səbail rayonunda qeydə alınıb.Belə ki, gecə saatlarında "20-ci Sahə" adlanan ərazidə yerləşən yaşayış kompleksinin tikintisi zamanı fəhlə, 1985-ci il təvəllüdlü Həsənov Fuad Oqtay oğlu ehtiyatsızlıqdan 12-ci mərtəbədən yıxılıb. O, hadisə yerindəcə ölüb.Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi və Səbail Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.Faktla bağlı cinayət işi başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31