4 evi qarət edən şəxs ələ keçib
Abşeron rayonunda silsilə oğurluqla məşğul olan şəxs saxlanıb.
25 İyun 2018 17:29 KriminalAbşeron rayonunda silsilə oğurluqla məşğul olan şəxs saxlanıb.
DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Asif Ağayevin ətrafında Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə, onun rayon ərazisindəki 4 evdən pul, DVD, inşaat materialları və elektrik naqili oğurlaması da müəyyən edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31