Xaçmazda dəhşətli qəza-ölən və yaralananlar var
Xaçmaz şəhəri ərazisində avtomobillər toqquşub.
25 İyun 2018 17:23 KriminalXaçmaz şəhəri ərazisində avtomobillər toqquşub.
DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 24-də saat 19 radələrində Xaçmaz şəhəri ərazisində Köhnə Xaçmaz kənd sakini Kamran Mürsəlovun idarə etdiyi "VAZ-2106", Quba rayon sakini Fariz Rüstəmovun idarə etdiyi "VAZ-21099" və Xaçmaz şəhər sakini Şahin Hümmətovun idarə etdiyi "Toyota" markalı avtomobillər toqquşmuşdur. Nəticədə K.Mürsəlovun xəstəxanaya yerləşdirilmiş sərnişini, Xaçmaz şəhər sakini Zaur Zeynalov orada ölmüşdür. Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31