Evlərin qənimi ələ keçib

Oğurluqda şübhəli bilinən Füzuli rayon sakini Elmin Həsənov saxlanıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 23-də  rayon ərazisindəki evlərin birindən 600 manat, qızıl üzük və bankomat kartı, habelə həmin kartdan 400 manat çıxararaq oğurlamaqda şübhəli bilinən Kərimbəyli kənd sakini Elmin Həsənov saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31