Evdən qızıl və pul aparan ələ keçib

Suraxanıda evdən 5 min manat və 2 min dollar dəyərində qızıl əşyalar oğurlanıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il yanvarın 30-da rayon ərazisindəki evlərin birindən 2000 ABŞ dolları və 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Seymur Mirzəyev saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31