Pulunu alıb özünü döydülər
12 May 2016 14:46 KriminalMayın 11-də Səbail rayonu ərazisində yerləşən kafelərdən birində şəxsiyyəti məlum olmayan 3 nəfər Yardımlı rayon sakini Muxtar Sətiyevi döyüb 740 manat pulunu almışdır. DİN-dən verilən məlumata görə, Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri İsmayıl Meybullayev, Rahim Rəhimov və Asiman Məmmədov tutulmuşlar. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31