Oğruların evindən avtomat patronu çıxdı

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 10-da şəhər sakini Ofelya Məmmədhəsənovaya məxsus mağazadan pul və tütün məmulatı oğurlamış şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, onların Masallı rayon sakinləri, əvvəllər məhkum olunmuş Fuad Həbibov və Şikar Quliyev olduğu müəyyən edilib. Saxlanılan şəxslərin şəhər ərazisindəki kirayədə yaşadıqları mənzilə baxış zamanı 10 ədəd avtomat patronu aşkar edilərək götürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31