Sumqayıt sakini həmyerlisini bıçalayıb

Sumqayıt şəhərində bıçaqlama hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 10-da şəhər sakini Elman Quliyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş həmyerlisi Emil Quliyev tutulub. Hələlik hadisənin baş vermə səbəbi müəyyən edilməyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31