Evdən qızıl oğurlamış Biləsuvar sakini tutulub

Bakıda oğurluq faktının üstü açlılıb. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 10-da Bakı şəhər sakini Emil Bünyadova məxsus evdən qızıl əşyalar oğurlamış Biləsuvar rayon sakini Rafiq Rzayev tutulub. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31