İntihar cəhdinin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin "Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə" daxil olmuş məlumata əsasən, Kürdəmir rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31