İqtisadiyyat

İdmana ayrılan vəsait artırılıb

2 Dekabr 2016 14:04

“2017-ci ildə dövlət büdcəsindən bədən tərbiyəsi və idman sahəsinə ümumilikdə 34 milyon manat ayrılacaq”. “Olaylar” xəbər verir ki, bunu 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, gələn il gənclər və idman siyasəti sahəsinə ayrılacaq vəsait ötən ildəkindən çoxdur. Samir Şərifov eyni zamanda gələn il ölkədəki idman komplekslərinə ayrılacaq vəsaitin də həcmini açıqlayıb: “Gələn il idman komplekslərinin saxlanılmasına isə 6,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur”. Samir Şərifov 2017-ci ildə gənclər siyasəti sahəsində ən az pul vəsaiti ayrılan qurumun adını da açıqlayıb: “2017-ci ildə gənclər siyasəti sahəsində ən az pul vəsaiti ayrılacaq qurum Prezident yanında Gənclər Fondu olacaq. Belə ki, Gənclər Fonduna gələn il üçün cəmi 1 milyon manat ayrılacaq”.

Rusiyanın Azərbaycandakı “5-ci kolon”u möhkəmlənir

2 Dekabr 2016 13:37

Rusiyanın ölkəmizdə fəaliyyət göstərən "5-ci kolonu"günü-gündən möhkəmlənməkdədir. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsəsdullazadə deyib ki, bu qüvvələr Rusiyanın Ermənistanı hərbiləşdirməsinə susqunluq nümayiş etdirirlər:

OPEK-in qərarı neft qiymətlərini artıracaqmı?

1 Dekabr 2016 16:43

Dünya bazarlarındakı neft qiymətlərində müsbət tendensiya müşahidə edilməkdədir. Səbəb dünyanın əsas neft ixracatçısı olan ölkələrin təmsil olunduğu OPEK-in Vyana görüşündə əldə edilən ilkin razılaşmadır. Məlumat üçün bildirək ki, əsas neft ixrac edən ölkələrin təşkilatı sayılan OPEK dünya bazarlarındakı mövcud durumu nəzərə alaraq neft hasilatını bir qədər azaltmaq barədə ilkin razılıq əldə ediblər.

Nazirliklər məsləhətləşmə aparırlar

1 Dekabr 2016 14:45

“Maliyyə Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyi arasında məshətləşmələr gedir. Mədəniyyət sahəsində fəaliyyət növlərinin maliyyələşdirilməsinə yeni prizmadan baxılmasını nəzərdə tutlur”. Bunu maliyyə naziri Samir Şərifov deyib:“Büdcənin ənənəvi maliyyələşmə üsullarının təhlili təklif olunur ki, təhlil əsasında maliyyələşmə mexanizminin islah edilməsi məsələlərinə baxılsın. Diskusiyanın başlaması vacib elementdir”.

''Azneft'' İstehsalat Birliyinin sifarişi ilə yeni quyu istismara verilib

1 Dekabr 2016 14:31

“Azneft” İstehsalat Birliyi “Neft Daşları” yatağında neft və qaz hasilatının stabil saxlanılması və artırılması istiqamətində tədbirlər görməkdə davam edir. “OLAYLAR”-ın xəbərinə görə, bu günlərdə Birliyinin sifarişi ilə “Neft Daşları” yatağındakı 1637A saylı estakadayanı meydançadan qazılmış 2646 nömrəli quyu qazmadan sonra istismara verilib. Quyu qirməki altı lay dəstəsi (1010-1005 metr intervaldan) horizontundan qazlift üsulu ilə mənimsənilib və sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna daxil edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.

Ali məktəblərin vergiyə cəlb olunması məsələsinə Samir Şərifovdan reaksiya

1 Dekabr 2016 14:09

Azərbaycanda dövlət ali təhsil müəssisələrinin mənfəət vergisinə cəlb olunması nəzərdə tutulmur.

Bu, sahibkarlığın inkişafına mane ola bilər

1 Dekabr 2016 13:46

“2017-ci ilin büdcə layihəsində sahibkarların vergi qanunvericiliyini pozduğuna görə, büdcəyə 90 milyon manat həcmində vəsaitin toplanması haqqında müddəanın əksini tapması, kiçik və orta sahibarlığın fəaliyyətini kölgə altına sala bilər”.SİA-nın xəbərinə görə, bunu deputat Bəxtiyar Əliyev parlamentin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı deyib.

Maliyyə naziri gələn ilin dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirən amilləri açıqlayıb

1 Dekabr 2016 12:41

Bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Azərbaycan neftin qiymətinin sabitləşməsi üçün qəbul edilən istənilən qərarı dəstəkləyir

1 Dekabr 2016 11:37

Azərbaycan dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün qəbul edilən istənilən qərarı dəstəkləyir. “OLAYLAR”-ın Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, nazir Natiq Əliyev Vyanada Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Nazirlər Şurasının 171-ci iclasında neft hasilatının azaldılması ilə bağlı əldə edilən razılığı neft bazarında tarazlığın təmin edilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirib.

OPEC ölkələri razılığa gəldilər - HASİLAT AZALACAQ

30 Noyabr 2016 19:01

OPEC-ə üzv ölkələr neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edib. Olaylar.az xəbər verir ki, bu barədə APA "Bloomberg" agentliyinə istinadən xəbər verir.

Elman Rüstəmov: “İnflyasiyanın azaldılması hədəflənib”

30 Noyabr 2016 15:41

“Azərbaycan Mərkəzi Bankı bu ilin fevral ayından valyuta bazarına intervensiyanı dayandırıb”. Bunu Milli Məclisin Milli Məclisin birgə komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

3500 həkim işsiz qala bilər

30 Noyabr 2016 15:16

Xəstəxanaların özəlləşdirilərək, həkimləri işdən azad etmək yolverilməzdir. Bunu millət vəkili Vahid Əhmədov parlament komitələrinin birgə iclasında büdcə zərfinin müzakirəsi zamanı deyib.

Nazir: “Qazın qiymətinin artırılmasına SOCAR rəhbəri  aydınlıq gətirməlidir”

30 Noyabr 2016 15:14

“Qazın qiymətinin artırılmasına SOCAR rəhbəri Rövnəq Abdullayev və onun əməkdaşları aydınlıq gətirməlidir”. Bunu maliyyə naziri Samir Şərifov parlamentdə komitələrin birgə iclasında 2017-ci il büdcəsinin müzakirəsi zamanı millət vəkillərinin qaldırdığı fikirlərə mövqeyini açıqlayarkən deyib. Onun sözlərinə görə, qazın qiymətinin qaldırılması ilə bağlı SOCAR çıxış edib və bu məsələyə də daha çox şirkətin rəhbəri Rövnəq Abdullayevlə onun əməkdaşları aydınlıq gətirəsə, daha yaxşı olar.  “SOCAR hesab edir ki, qaz hasilatının 50 faizini onlar, yerdə qalanını isə pay bölgüsünə uyğun olaraq xarici şirkətlərdən xarici valyuta ilə alırlar. Manatın ucuzlaşması fonunda qazın maya dayəri bahalaşır və şirkətin gəlirləri azalır. Bu gün SOCAR anacaq öz xərclərini güclə ödəyir. Manatın ucuzlaşamsı fonunda qiymətin artımını labüd edir”- deyə nazir bildirib.

Çörək bahalaşacaq? - Rəsmi AÇIQLAMA

30 Noyabr 2016 14:32

Azərbaycanda son günlər çörəyin qiymətinin bahalacağı ilə bağlı əsassız məlumatlar dolaşır. İddia edilir ki, Tarif Şurasının qərarı ilə təbii qaz və elektrik enerjisinin qiymətinin dəyişməsi çörəyin bahalaşmasına səbəb olacaq.