Gündəm
Çağrı Mərkəzinə 16396 müraciət daxil olub
2016-cı ilin iyun ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı 16396 sual xarakterli müraciət cavablandırılıb.
BANM-in 26 tələbəsi “Petkim”də təcrübə keçəcək
Bakı Ali Neft Məktəbində SOCAR-ın Türkiyədəki ən böyük aktivi olan “Petkim” şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçəcək 26 tələbə və onların valideynləri ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, BANM-in rektoru Elmar Qasımov tələbələri təbrik etmiş və onlara uğurlar arzulayıb.
Ölkəmizdə idmanın inkişafı gələcək illərdə də yüksək səviyyədə təmin olunacaq
"Azərbaycan özünü dünyada idman ölkəsi kimi təsdiq edib”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev yap.org.az saytına verdiyi açıqlamada səsləndirib.
Ev sahibinə zor tətbiq edərək qızılları aparıb
İyulun 18-də Ağstafa rayonunun Saloğlu qəsəbəsində yaşayan Ramilə Quzanovanın evinə pəncərədən girmiş naməlum şəxs ev sahibinə qarşı zor tətbiq edərək oradan 31 manat pul və 5000 manat dəyərində qızıl əşyalar aparıb.
Xəzər rayonunda evi qarət edən ələ keçib
Xəzər rayonunda oğurluq faktının üstü açılıb.
Piyadanı qəsdən vuran sürücü tutulub
İyulun 17-də Yasamal rayonunun Moskva prospektində şəxsiyyəti məlum olmayan sürücü idarə etdiyi “Daewoo” markalı avtomobillə Bakı şəhər sakini Vüsal Nəcəfovu qəsdən vurub.
Sumqayıtda soyğunçular saxlanıb
Sumqayıt polisi soyğunçuluqla məşğul olan şəxsləri saxlayıb.
Bir gündə 3 nəfər suda boğuldu
İyulun 18-də Bakı şəhər sakinləri Mirəziz Sabirqulu və Yuri Krasiçkov Buzovna qəsəbəsinin dəniz çimərliyində boğulublar. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, meyitlər sudan çıxarılıb, araşdırma aparılır.
Kişini soyan qadın tutulub
Daşkəsən rayon sakininə qarşı soyğunçuluq əməli törətmiş şəxslər tutulub. “Olaylar” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 18-də Gəncə şəhərində şəxsiyyəti məlum olmayan 3 nəfər Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş Xanlar İsmayılovdan açıq talama yolu ilə 100 manat pul alıb.
ÜDM 3,4 faiz azalıb
2016-cı ilin birinci yarısında ölkədə 27002,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 3,4 faiz az ümumi daxili məhsul istehsal edilib.
Əmlak Komitəsində müşavirə keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2016-cı ilin yanvar-iyun aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.
Türkiyə prezidentinin daha bir yavəri saxlanıldı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın daha bir yavəri saxlanıb.
Akın Öztürk hər şeyi dandı: "Çevriliş əmri…"
Türkiyədə hərbi çevrilişə cəhdin əsas rəhbəri hesab edilən Türkiyə Hərbi Hava Qüvvələrinin eks-komandanı general Akın Öztürkün istintaqa verdiyi ikinci ifadə mətbuatda yayılıb.
MTRŞ: Mirşahin efirdə baş verənlərə görə məsuliyyətin Ərdoğanın üzərində olduğunu deyib
“Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsi baş verdikdən sonra ANS televiziyası hadisələrlə bağlı dəqiqləşdirilməmiş məlumatlar yaymaqla yanaşı, Azərbaycan dövlətinin hadisələrlə bağlı mövqeyi ilə ziddiyyət təşkil edən mövqe ortaya qoyub”.
Böyük Britaniya Aİ-dən çıxmaq prosesinə bu il başlamaq niyyətində deyil
Böyük Britaniya Avropa İttifaqından (Aİ) çıxmaq qaydalarını müəyyən edən Lissabon müqaviləsinin 50-ci maddəsindən bu il istifadə etməyəcək.














