Xəzər rayonunda evi qarət edən ələ keçib

Xəzər rayonunda oğurluq faktının üstü açılıb.

Xəzər rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 12-də Bakı şəhər sakini Mirxəlil Cəfərova məxsus evdən 80 manat pul və 42000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. Onun M.Cəfərovun həmyerlisi Tural Əsgərov olduğu müəyyən edilib. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31