Çağrı Mərkəzinə 16396 müraciət daxil olub

2016-cı ilin iyun ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı 16396 sual xarakterli müraciət cavablandırılıb.

2016-cı ilin iyun ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı 16396 sual xarakterli müraciət cavablandırılıb. Bu barədə nazirlikdən "Olaylar"a verilən məlumata görə, müraciətlərin 24,33%-i qeydiyyat, 17,94%-i elektron xidmətlər, 16,22%-i vergilərin növləri, 9,04%-i vergi qanunvericiliyi, 5,67%-i hesabatlar və hesabat formalarının doldurulma qaydaları, qalanları isə digər məsələlər barədə olub. Səsli menyu vasitəsi ilə məlumat almaq üçün Çağrı Mərkəzinə 4735 zəng daxil olub, 1761 zəng zamanı vergi borcu, 1357 zəng zamanı isə vergilərin növləri ilə bağlı məlumatlar verilib. Vergi ödəyicilərinin məlumatlandırılması üçün onlara qısa mesaj xidməti vasitəsi ilə 95668 sayda SMS göndərilib. Ay ərzində vergi ödəyicilərinə xidmət strukturları tərəfindən 32144 nəfərə 50725 sayda müxtəlif xidmətlər göstərilib.Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 389908 daxilolma qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 42,9% çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00