Piyadanı qəsdən vuran sürücü tutulub

İyulun 17-də Yasamal rayonunun Moskva prospektində şəxsiyyəti məlum olmayan sürücü idarə etdiyi “Daewoo” markalı avtomobillə Bakı şəhər sakini Vüsal Nəcəfovu qəsdən vurub.

İyulun 17-də Yasamal rayonunun Moskva prospektində şəxsiyyəti məlum olmayan sürücü idarə etdiyi "Daewoo" markalı avtomobillə Bakı şəhər sakini Vüsal Nəcəfovu qəsdən vurub. DİN-dən verilən məlumata görə,nəticədə V.Nəcəfov xəstəxanaya yerləşdirilib. Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Şəhriyar Sadıqov tutulub. Faktla bağlı araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31