Gündəm
Millət vəkili: "Dəyişikliklər ölkəmiz üçün faydalı olacaq"
“Cənab Prezidentin Konstitusiyada dəyişiklik edilməsi ilə əlaqədar referendum keçirilməsi haqda verdiyi Sərəncamda önəmli müddəalar nəzərdə tutulur. Nəzərdə tutulan dəyişikliklər ölkəmiz üçün faydalı olacaq. Bunu SİA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa deyib.
Rufiz Qonaqov: "Dəyişikliklərin referenduma çıxarılması tarixi bir zərurətdir"
“Prezident İlham Əliyevin Konstitusiyada dəyişikliklərlə bağlı referendum keçirilməsi haqqında Sərəncamı zamanın tələbinə uyğundur”. Bunu SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov deyib.
Məhkəmə ANS-lə bağlı 15 gün ərzində qərar qəbul edəcək
Milli Televiziya və Radio Şurası (MTRŞ) “ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyasının ləğvi məsələsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.
"Bu, ciddi xətadır" - ANS üzr istədi
Fətullah Gülən ANS-in əməkdaşına əlahiddə bir müsahibə verməyib. Bu, bir mətbuat konfransı olub ki, ANS-in əməkdaşı da digər jurnalistlərlə birlikdə burada iştirak edib. Lakin müsahibə ilə tanış olan şirkət rəhbərliyi bu mətbuat konfransına baxandan sonra və qardaş Türkiyədəki son olayları nəzərə alaraq onu efirə verməməyi qərara alıb.
Rusiyada daha bir klub azərbaycanlı futbolçu ilə yollarını ayırıb
Rusiyanın "Krılya Sovetov" klubu əslən azərbaycanlı futbolçu Emin Mahmudovla yollarını ayırıb. "Report"un məlumatına görə, klubun rəsmi "Twitter" hesabında 24 yaşlı yarımmüdafiəçinin Samara komandasını tərk etdiyi açıqlanıb.
Türkiyə Milli Təhsil Nazirliyinin 15 200 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb
Türkiyə Milli Təhsil Nazirliyinin mərkəz və əyalət təşkilatlarında çalışan 15 200 nəfər vəzifəsindən kənarlaşdırılıb.
Sarkisyan ordunu da satıb? - Rus generallar məxfi sənədlərlə gəliblər
Ermənistan siyasi dairələrində Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Operativ və Taktiki İdarəsinin nümayəndə heyətinin səfəri ilə bağlı müzakirələr qızışmaqdadır.
Azərbaycanda zəlzələ oldu
Azərbaycan Prezidenti dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi haqqında fərman imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyevdövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.
Türkiyədə FETÖ ilə əlaqəsi olan media qurumlarının lisenziyası ləğv edilib
Türkiyə Radio və Televiziyası Ali Şurası (RTÜK) FETÖ/PDY təşkilatları ilə bağlantısı olan bütün media qurumlarının lisenziyasının ləğv edilməsinə qərar verib.
"Namusuma dil uzadanın meyitini uzadaram"
Başımdakı tük qədər düşmənim var. Hər zaman həqiqəti dediyim üçün bəzi çaqalların gözü məni götürmür. Bütün Azərbaycan məni yaxşı tanıyır, hamı bilir ki, kişi qeyrətli qadınam.
III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları Nicdə udilərin qonağıdır
Ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı növbəti beynəlxalq multikulturalizm yay məktəbi iyulun 19-da Qəbələdə öz işini davam etdirib.
Mehmanxana sahəsində xidmət səviyyəsi yüksəldilir
Mədəniyyət və Turizm Nazirliyinin turizm siyasətinin əsas istiqamətlərdən biri də xidmət keyfiyyətinin yaxşılaşdırılması çərçivəsində peşə hazırlığının artırılması məqsədilə turizm xidməti sahəsində çalışan şəxslər üçün xüsusi kurslar, seminarlar və digər tədbirlərin keçirilməsidir.
Əli Hüseynli: "Hər bir dövlət prioritet müddəaları Konstitusiyaya daxil edə bilər"
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Deputatın sözlərinə görə, bu baxımdan prezident tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının təqdim olunması zamanın tələbidir və bir sıra müddəalar əvvəlki Referendum Aktlarının müzakirələri zamanı səslənib:
SOCAR Rumıniyanın “Transqaz” şirkəti ilə Qarşılıqlı Anlaşma Memorandumu imzalayıb
İyulun 19-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Avropa Parlamentinin üzvü Ramona Nikole Manesku, Rumıniyanın “Transqaz” şirkətinin Direktorlar Şurasının sədri İon Sterian və “Transqaz”ın maliyyə vəsaiti və Avropa İttifaqı ilə beynəlxalq əlaqələr üzrə idarə rəisi Çiprian Aliçdən ibarət nümayəndə heyətini qəbul edib.














