Türkiyə Milli Təhsil Nazirliyinin 15 200 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

Türkiyə Milli Təhsil Nazirliyinin mərkəz və əyalət təşkilatlarında çalışan 15 200 nəfər vəzifəsindən kənarlaşdırılıb. 

Türkiyə Milli Təhsil Nazirliyinin mərkəz və əyalət təşkilatlarında çalışan 15 200 nəfər vəzifəsindən kənarlaşdırılıb. 

Türkiyə KİV-inin verdiyi məlumata görə, bu barədə nazirlik rəsmi açıqlama yayıb. 

Həmin şəxslər barəsində istintaq başlanıb. 

Nazirliyin məlumatında həmçinin mərkəz və əyalət təşkilatlarında çalışan əməkdaşların FETÖ/PYD ilə əlaqəli olub-olmaması ilə bağlı araşdırmaların başlandığı bildirilib. 

Qeyd edək ki, Türkiyədə iyulun 15-də FETÖ/PYD tərəfindən hərbi çevrilişə cəhd olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00