Mehmanxana sahəsində xidmət səviyyəsi yüksəldilir
Mədəniyyət və Turizm Nazirliyinin turizm siyasətinin əsas istiqamətlərdən biri də xidmət keyfiyyətinin yaxşılaşdırılması çərçivəsində peşə hazırlığının artırılması məqsədilə turizm xidməti sahəsində çalışan şəxslər üçün xüsusi kurslar, seminarlar və digər tədbirlərin keçirilməsidir.
19 İyul 2016 17:03 SosialMədəniyyət və Turizm Nazirliyinin turizm siyasətinin əsas istiqamətlərdən biri də xidmət keyfiyyətinin yaxşılaşdırılması çərçivəsində peşə hazırlığının artırılması məqsədilə turizm xidməti sahəsində çalışan şəxslər üçün xüsusi kurslar, seminarlar və digər tədbirlərin keçirilməsidir. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, bununla əlaqədar, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində 2004-cü ildən başlayaq respublikamızın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün təlim-tədris kursları təşkil olunur. Təlim kursları əsasən 4 istiqamət üzrə "Mehmanxana idarəçiliyi", "Qeyd-qəbul", "Xadiməçilik" və "Masa xidməti" sahəhələrini əhatə edir. Bu kursları müvəffəqiyyətlə bitirmiş mehmanxana sənayesi nümayəndələrinə sonda müvafiq sertifikatlar təqdim edilir. Bu günə kimi 2067 nəfər bu sertifikatlara layiq görülmüşdür.