Böyük Britaniya Aİ-dən çıxmaq prosesinə bu il başlamaq niyyətində deyil
Böyük Britaniya Avropa İttifaqından (Aİ) çıxmaq qaydalarını müəyyən edən Lissabon müqaviləsinin 50-ci maddəsindən bu il istifadə etməyəcək.
19 İyul 2016 16:09 DünyaBöyük Britaniya Avropa İttifaqından (Aİ) çıxmaq qaydalarını müəyyən edən Lissabon müqaviləsinin 50-ci maddəsindən bu il istifadə etməyəcək.
Böyük Britaniya KİV-i xəbər verir ki, bu barədəAli Məhkəmədə ölkə hökumətinin hüquqşünası Ceyson Koppel bildirib.
Bu, faktiki olaraq ölkənin Aİ-dən formal çıxmasına bu il başlamaq niyyətində olmaması deməkdir.
Hələlik bu maddə reallıqda heç vaxt tətbiq olunmayıb.
Xatırladaq ki, bu il iyunun 23-də Böyük Britaniyada keçirilmiş referendumda seçicilərin çoxu ölkənin Avropa İttifaqından çıxmasına səs verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00